Skip to content
2 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Əliyev Trampı təbrik etdi

Cavidan 6 Noyabr, 2024

Prezident İlham Əliyev ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Tramp,

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi.

Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Continue Reading

Previous: Türk Dövlətləri Təşkilatının yeni BAYRAĞI
Next: Maşın ağaca çırpıldı: parça-parça oldu

Bölmənin digər xəbərləri

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar
  • Cəmiyyət

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
  • Cəmiyyət

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
  • Cəmiyyət

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026

Top 7 Xəbər

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 2

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 3

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 4

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 5

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 6

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 7

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9357) Dünya (3347) Gündəm (11698) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1 May, 2026
  • Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 1 May, 2026
  • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 1 May, 2026
  • Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 1 May, 2026
  • Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.