Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq
  • Cəmiyyət
  • Gündəm

COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq

Cavidan 31 Oktyabr, 2024
cop

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesi 9 noyabr tarixindən etibarən başlanılacaq.

Geniş ictimaiyyət üçün açıq olacaq COP29 Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq. 

Məlum olduğu kimi, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək.

Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin – dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır. 

Ümumilikdə, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir. 

İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən kəs üçün açıq olan Yaşıl Zonaya biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.

Qeyd edək ki, COP29 Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər ayrıca gün və bu günlərin müxtəlif saat slotları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən reliz ediləcək. 

Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə ticketing@cop29.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Urmiyada beş məhbusun barmaqları kəsiləcək
Next: Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 899)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 1
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 2
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 3
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 4
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür Screenshot 2026-06-17 100022 5
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.