Nazirlər Kabineti Prezident İlham Əliyevin “Dövlət Kontrakt Korporasiyası – “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərkontrakt”da Ləğvetmə Komissiyası yaradılır.