Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Aİ-nin Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsi qəbul olundu
  • Siyasət

Aİ-nin Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsi qəbul olundu

Avropa İttifaqı (Aİ) birliyin bütün tərəfdaş ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini
Cavidan 16 Dekabr, 2021
1639630835.ad534a8d-e333-37a4-a4b4-95a130d6e618_850

Avropa İttifaqı (Aİ) birliyin bütün tərəfdaş ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.

Addim.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı proqramının VI sammitin yekununda qəbul olunan bəyannaməda bildirilib.

Sənəddə Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətləri, etimad quruculuğu tədbirləri, regional əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur.

Eyni zamanda bəyannamədə Şərq Tərəfdaşlığı regionunda münaqişələrdən zərər çəkmiş əhaliyə dəstək verilməsinin zəruriliyi qeyd edilib. Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli təfərrüatlı saziş üzrə danışıqlarda əldə olunan irəliləyiş alqışlanır.

Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması təqdir olunur. Sənəddə qeyd edilir ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsinə böyük töhfə verib.

Qeyd edək ki, Azərbaycan Aİ-nin bəyannaməsinin Belarusun daxili məsələlərinə aid olan bəndinə qoşulmayıb. Beləliklə, rəsmi Bakı digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipini əsas tutduğunu sübut edib.

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin liderləri Azərbaycan və Ermənistan liderləri arasındakı görüşü müsbət dəyərləndiriblər.

Sammitdə iştirak edən ölkələrin rəhbərləri Brüssel görüşünü qlobal miqyasda 30 illik münaqişədən sonra son dərəcə müsbət addım adlandırıblar.

Avropa İttifaqı həmçinin Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək niyyətini təsdiqləyib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlayıb.

Belarus istisna olmaqla, Şərq Tərəfdaşlığının bütün ölkələri Brüsseldə keçirilən sammitdə təmsil olunub. Rəsmi Kiyev layihədə iştirakını dayandırıb.

Öz növbəsində Rusiya mətbuatı da Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində Rusiya əleyhinə hər hansı sanksiyanın yer almadığını qeyd edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Bu, münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir” – İlham Əliyev
Next: İpoteka Fondundan vətəndaşları SEVİNDİRƏCƏK XƏBƏR

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.