Skip to content
8 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 400)
  • Dünya (3. 355)
  • Gündəm (11. 731)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Vidadi Muradovun 30,6 milyon manatlıq əmlakına HƏBS QOYULDU

“Azərxalça”nın sabiq rəhbəri 22 milyon manata yaxın pulu mənimsəyib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. “Azərxalça” ASC-nin
Cavidan 21 Sentyabr, 2021

“Azərxalça”nın sabiq rəhbəri 22 milyon manata yaxın pulu mənimsəyib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır.

Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilmişdir.

Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.

Continue Reading

Previous: Azərbaycanda səhər saatlarında dəhşət: yaralı var
Next: Qazax sakini MİNAYA DÜŞDÜ

Bölmənin digər xəbərləri

Sumqayıtda avtomobil yolu çöküb
  • Kriminal

Sumqayıtda avtomobil yolu çöküb

5 May, 2026
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
  • Kriminal

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

5 May, 2026
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
  • Kriminal

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026

Top 7 Xəbər

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub 1

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

8 May, 2026
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 2

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

8 May, 2026
Etibar Məmmədovun villası qarət olundu 3

Etibar Məmmədovun villası qarət olundu

8 May, 2026
Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır! 4

Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!

8 May, 2026
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 5

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

8 May, 2026
Bakının bəzi yollarında tıxac müşahidə olunur 6

Bakının bəzi yollarında tıxac müşahidə olunur

8 May, 2026
Meteor yağışı olacaq – Bu tarixdə 7

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 400)
  • Dünya (3. 355)
  • Gündəm (11. 731)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9400) Dünya (3355) Gündəm (11731) Kateqoriyasızlar (493) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub 8 May, 2026
  • Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 8 May, 2026
  • Etibar Məmmədovun villası qarət olundu 8 May, 2026
  • Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır! 8 May, 2026
  • Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 8 May, 2026
© Addim.az | MoreNews by AF themes.