Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin oluna bilər.
Addim.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, hazırda hakim dairələr Baş Qərargah rəisi Artak Davtyanı əvəzləyəcək namizəd axtarışındadılar.
Piloyan da sözügedən vəzifəyə adı hallanan namizədlərdən biridir.
Qeyd edək ki, hələ noyabr ayında yayılan məlumatlara görə, A. Davtyanın istefaya göndərilməsi ilə bağlı artıq qərar verilib və müdafiə naziri Suren Papikyan kadr axtarışındadır.