Azərbaycanın “Qarabağ” klubu yenilənmiş dünya reytinq cədvəlində Türkiyənin “Qalatasaray”ı və İngiltərənin “Mançester Yunayted” komandalarını qabaqlayıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni siyahısında Azərbaycan çempionu 182,75 xalla 52-ci pillədə qərarlaşıb.
“Qalatasaray” (174,5) və “Mançester Yunayted” (169) müvafiq olaraq 57 və 63-cü pillələrdə qərarlaşıb.
Dünya klubları reytinqində ilk üçlüyü qapadır :
1.”Real Madrid” (İspaniya, 403),
2.”Mançester Siti” (İngiltərə, 368),
3.”Bayer” (Almaniya, 353)