![](https://addim.az/wp-content/uploads/2021/12/1639464688_1639464018_1604134582_bashekim.jpg)
Masallı Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.
TƏBİB-dən Addim.az-a bildirilib ki, sözügedən vəzifəyə Xanbaba Hüseynov təyin olunub. O, ixtisasca nefroloqdur.
Qeyd edək ki, tibb müəssisəinin eks-baş həkimi Rasim Əzizov bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu.
Xatırladaq ki, bu, son bir ildə Masallı xəstəxanasında 3-cü rəhbər təyinatıdır. Belə ki, yanvarın 22-si Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon xəstəxanasında əməliyyat keçirərək direktor Cəlil Nəzərovu həbs edib.
![](https://sfera.az/file/pic/xeber//2021-12/1639464726_1639463974_mycollages_-_2021-12-14t101825.820.jpg)