Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 467)
  • Dünya (3. 046)
  • Gündəm (10. 587)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Qanunsuz” taksilər “20 Yanvar”dan yığışdırılsa da…

Cavidan 4 Sentyabr, 2024

“20 Yanvar” metro stansiyası ətrafında, Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra orada maraqlı proseslər baş verir və buna uyğun müzakirələr gedir. Qeyd edim ki, orada problem nə avtobus zolağıdır, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslardır. Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir”.

Bunu nəqliyyat eksperti Ərşad Hüsüeynov sosial şəbəkə hesabında bildirib.

Ekspert qeyd edib ki, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşımanın olması yanlış yanaşmadır:

“Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arasında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s”.

Ə.Hüseynovun sözlərinə görə, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiymətini (gediş-gəlişə xərclədiyi pul) ciddi nəzərə alır:

“Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli bu, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur.

Mütəxəssis onu da bildirib ki, ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir sıra yerlərinə (o cümlədən, elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir:

“Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır. Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə istiqamətinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır. Bu iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır”.

“İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə, onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar.

Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq”, – deyə Ə.Hüseynov vurğulayıb.

Continue Reading

Previous: Ankara-Qahirə əlaqələrinin inkişafı – regionda problemlərin həllinə təkan
Next: Əs-Sisi ilk dəfə Türkiyədə – Fotolar – Yenilənib

Bölmənin digər xəbərləri

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025
Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH
  • Gündəm

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH

4 Dekabr, 2025

Top 7 Xəbər

Astarada 7800 abonentin qazı kəsiləcək 1

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 2

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ 3

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025
Türkiyədə fabrik yanır 4

Türkiyədə fabrik yanır

10 Dekabr, 2025
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 5

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025
Yağışlı hava sabah da davam edəcək – PROQNOZ 6

Yağışlı hava sabah da davam edəcək – PROQNOZ

10 Dekabr, 2025
Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq 7

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 467)
  • Dünya (3. 046)
  • Gündəm (10. 587)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8467) Dünya (3046) Gündəm (10587) Kateqoriyasızlar (436) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Astarada 7800 abonentin qazı kəsiləcək 10 Dekabr, 2025
  • Keçmiş hakimə yeni vəzifə verildi 10 Dekabr, 2025
  • Pensiyalar ÖDƏNİLDİ 10 Dekabr, 2025
  • Türkiyədə fabrik yanır 10 Dekabr, 2025
  • Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.