“Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubunda qeyd edilib.
“Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik”, – deyə dövlət başçısı bildirib.