Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
  • Cəmiyyət
  • Gündəm

Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub

Cavidan 22 Avqust, 2024
17243078215300062430_1200x630

Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Mədəniyyətimizin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bu ehtiyac eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.6-cı yarımbəndinə və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndində də əksini tapıb. Həmin bəndin icrası üzrə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi prioritet məsələdir.

Qeyd olunub ki, bu fəaliyyət istiqamətində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının qurulması ilə bağlı araşdırma aparılır və müvafiq iş planı hazırlanır. Platformanın təkmilləşdirilməsi və yaradılma prosesinin sürətləndirilməsi məqsədilə layihəyə mütəxəssis olaraq “BBC-Maestro” layihəsinin strateji və biznes üzrə məsləhətçisi Nina Larıçeva və “ATA-Association of Turkic Animation” təşkilatının sədri Oktay Yusibov da cəlb edilib.

Vurğulanıb ki, aylıq və ya illik abunə modelinə əsaslanan platformanın öz daxilində yerli və beynəlxalq məzmunları (dublyaj) əhatə etməsi planlaşdırılır. Həmçinin platformada tamaşaçılara yüksəkkeyfiyyətli, mədəni rezonans doğuran proqramların təqdim edilməsi nəzərdə tutulur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sabiq baş nazirin diplomatik pasportu ləğv edilib
Next: Bir qrup şəxs “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi – Siyahı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 090951
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 691)
  • Dünya (3. 435)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 1
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026
“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 2
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 3
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-06 095348 4
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

6 İyul, 2026
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq Screenshot 2026-07-06 090951 5
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9691) Dünya (3435) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.