Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib
  • Cəmiyyət

Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib

Cavidan 16 Avqust, 2024
NPZR5UwA8TdgzauhijxKXaWfzFshaW1hOFlQhkX5

Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib.

Bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.

Qeyd edilib ki, bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisasların müəyyən edilməsi siyahısı aşağıdakı kimidir:- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;

– Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb), pediatriya ixtisası üzrə bitirmiş və 19.03.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.07.2010-cu il tarixli 57 nömrəli əmri ilə təsdiq olunmuş baza ali tibb təhsilinə əsasən tutulmasına icazə verilən vəzifələrin siyahısına uyğun olaraq işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifikasiyadan tutduqları vəzifəyə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;

– Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət HəkimləriTəkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

– Əsas (baza ali) tibb təhsilini pediatriya ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra pediatriya (baza) ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

– Əsas (baza ali) tibb təhsilini stomatologiya ixtisası üzrə bitirmiş, internatura və ya rezidentura təhsili almamış şəxslər sertifikasiyadan stomatologiya (baza) ixtisası üzrə keçməlidirlər;

– “Funksional diaqnostika” ixtisası üzrə internatura hazırlığını kardiologiya şöbəsində funksional diaqnostika kabinetlərində (Elektrokardioqrafiya, Exokardioqrafiya) keçənlər – “Kardiologiya”, şüa diaqnostikası şöbələrində (ultrasəs müayinəsi, rentgen müayinəsi və s.) keçənlər isə “Şüa diaqnostikası” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

– Əsas (baza ali) tibb təhsilli təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb ki, Tibb mütəxəssislərinin sertifikasiya imtahanlarına buraxılması yuxarıda təsdiq edilmiş Siyahı nəzərə alınmaqla həyata keçirilsin. Tibb mütəxəssislərinin ( təsdiq edilmiş Siyahıda qeyd olunan şəxslər və bu Əmr qüvvəyə minənədək Səhiyyə Nazirliyi tərəfindən təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmış şəxslər istisna olmaqla) təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmasına yol verilməsin. Sertifikasiya imtahanları ilə bağlı həyata keçirilən fəaliyyət və onun nəticələri təhlil edilərək hər rübün sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilsin.

Dövlət və qeyri-dövlət tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tibb və ya əczaçılıq işçilərinin yalnız hədəf auditoriyası kimi ixtisaslarının və (və ya) çalışdıqları vəzifələrin müəyyən edildiyi təkmilləşdirmə kurslarına göndərilməsi təmin edilsin.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna tapşırılıb:

-Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən 2009-cu ilin mart ayınadək tibb mütəxəssislərinin ixtisasdəyişmə məqsədilə peşə hazırlığı kurslarından keçməsi barədə məlumatlar “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”nə daxil edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilsin;

-Bu Əmrin tələbləri nəzərə alınaraq, tibb mütəxəssislərinin təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə təkmilləşdirmə və peşə hazırlığı kursuna qəbul olunmasına yol verilməsin.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sumqayıtda qumbara partlayıb, 66 yaşlı kişi ölüb – FOTO – YENİLƏNİB
Next: Konfrans Liqası: “Zirə”nin Bakıdakı oyununu latviyalı hakim idarə edəcək

Bölmənin digər xəbərləri

JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026
oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.