Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 267)
  • Gündəm (11. 422)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Şəxsiyyət vəsiqəsini üzərimizdə gəzdirməyə ehtiyac qalmayacaq

Cavidan 17 İyul, 2024

Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Belə ki, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Continue Reading

Previous: Onlar deputat olmaq istəmədilər
Next: Günün qoroskopu: Qəti addımlar üçün əlverişli zaman deyil

Bölmənin digər xəbərləri

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb
  • Gündəm

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb
  • Dünya

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
  • Gündəm

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026

Top 7 Xəbər

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 1

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 2

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 3

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 4

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir

17 Mart, 2026
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 5

Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

17 Mart, 2026
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 6

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 7

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 267)
  • Gündəm (11. 422)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9087) Dünya (3267) Gündəm (11422) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
  • Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 17 Mart, 2026
  • Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 17 Mart, 2026
  • UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 17 Mart, 2026
  • Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.