Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.
Hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakinləri – 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.