Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın iyunun 24-də saat 02 radələrində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.