Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 749)
  • Dünya (3. 145)
  • Gündəm (10. 938)
  • İdman (610)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 318)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Bu gün Milli Qurtuluş Günüdür
  • Cəmiyyət
  • Gündəm

Bu gün Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu
Cavidan 15 İyun, 2024

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib.

Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Continue Reading

Previous: Prezidentdən Milli Qurtuluş Günü paylaşımı – Foto
Next: Məşhur ilahiyyatçı vəfat etdi 

Bölmənin digər xəbərləri

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü
  • Cəmiyyət

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026
İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR
  • Cəmiyyət

İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR

26 Yanvar, 2026
Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ
  • Cəmiyyət

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026

Top 7 Xəbər

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 1

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026
Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub 2

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub

26 Yanvar, 2026
İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR 3

İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR

26 Yanvar, 2026
Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI 4

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI

26 Yanvar, 2026
Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 5

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026
Kredit faizləri artır – VİDEO 6

Kredit faizləri artır – VİDEO

26 Yanvar, 2026
Magistraturaya sənəd qəbulu başa çatır 7

Magistraturaya sənəd qəbulu başa çatır

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 749)
  • Dünya (3. 145)
  • Gündəm (10. 938)
  • İdman (610)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 318)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8749) Dünya (3145) Gündəm (10938) Kateqoriyasızlar (454) Kriminal (1318) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 26 Yanvar, 2026
  • Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub 26 Yanvar, 2026
  • İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR 26 Yanvar, 2026
  • Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI 26 Yanvar, 2026
  • Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.