Skip to content
3 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bir idmançının işinə bəraətlə xitam verildi – Hakim bütün vəsatətləri rədd etdi

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar
Cavidan 13 İyun, 2024

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, həmçinin Tofiq Musayevin məhkəməsi başlayıb.

Xuliqanlıqda ittiham olunan idmançıların işini Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev araşdırır. 

İdmaçılardan yalnız T. Musayev azadlıqdadır. Məhkəmədə məlum olub ki, bu iş üzrə təqsirləndirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş idmançı Mehman Məmmədovun cinayət işinə bəraətverici əsaslarla xitam verilib. 

Digər müttəhimlər saxlanıldıqları təcridxanadan məhkəməyə gətiriliblər. 

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Ruslan Əfəndiyev və Tofiq Musayevin vəkilləri müvəkkilləri haqda cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmamaqla yanaşı ortada hadisə yoxdur. 

Həbsdə olan idmançılar məhkəmədən ev dustaqlığına buraxılmalarını istəyiblər. Onların vəkilləri bu barədə vəsatətlərini məhkəməyə təqdim ediblər.

Vüqar Kərəmovun vəkili Ülvi Məmmədov vəsatətinə əlavə edərək deyib ki, bu yaxınlarda Vüqarın birinci Qarabağ müharibəsində itkin düşən dayısının nəşi tapılıb. Amma müvəkkili həbsdə olduğu üçün nə dəfndə, nə digər mərasimlərində iştirak edə bilib. Vəkil qətimkan məsələsinə baxılarkən bu nüansa da diqqət yetirilməsini xahiş edib. Ruslan Əfəndiyevin vəkili isə müvəkkilinin 86 yaşlı xəstə anasının olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, vəkillərin hamısı məhkəmə istintaqının qapalı keçirilməsini istəyiblər. Təqsirləndirilən şəxslər də müdafiəçilərini dəstəkləyiblər. 

Prokuror Müslüm Şahmarov cinayət təqibinə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmadığını bəyan edib. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətə isə “konsitutitsiyaya görə hər kəsin məlumat almaq hüququ var”, – deyə münasibət bildirərək qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Hakim qaldırılan bütün vəsatətlərin əsasız olunduğundan rədd edildiyini elan edib.

İlk baxış iclası iyunun 24-ə təyin edilib. 

Qeyd edək ki, idmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham olunurlar. 

Cinayət hadisəsi Səbail rayonu ərazisində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

Continue Reading

Previous: Metronun “Neftçilər” stansiyasının yaxınlığında dönərxanada yanğın söndürülüb – YENİLƏNİB
Next: İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib

Bölmənin digər xəbərləri

Cevdet Yılmaz Ermənistana səfər edəcək
  • Dünya

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ
  • Cəmiyyət

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
  • Gündəm

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.