Skip to content
25 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: 5 iyunda baş vermiş tarixi hadisələr

Bu qərar 1972-ci ilin 5 iyun tarixində İsveçin Stokholm şəhərində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Konfransında verildi. Ətraf
Cavidan 5 İyun, 2024

Bu qərar 1972-ci ilin 5 iyun tarixində İsveçin Stokholm şəhərində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Konfransında verildi.

Ətraf mühitin mühafizəsinə hər il dünyanın qabaqcıl ölkələrində külli miqdarda vəsait xərclənir, enerji əvəzediciləri axtarışı sahəsində tədqiqat işləri aparılır. Ekoloji problemlər planetin hər yerində, o cümlədən Azərbaycanda ciddi narahatlıq doğurur. Dövlət səviyyəsində həyata keçirilən proqramlar bu problemlərin həllinə əsaslı zəmin yaradır.

Bəs iyunun 5-də dünyada daha hansı hadisələr baş verib?

  1. Amerika yazıçısı Harriet Biçer Stounun sonradan 23 dilə çevriləcək və filmi də çəkiləcək köləlik əleyhinə “Tom dayının daxması” romanı 1851-ci ilin 5 iyunundan bir qəzetdə hissə-hissə nəşr olunmağa başlayıb.
  2. 5 iyun 1926-cı ildə Türkiyə Millətlər Birliyinin şərtlərini qəbul edərək Mosul və Kərkükü İraqa verdi. İngiltərə ilə imzalanan müqaviləyə əsasən, İraq da neft gəlirlərinin 10 faizini 25 il boyu Türkiyəyə verməyə razılaşdı.
  3. Türkiyənin Kiprə müdaxiləsinin qarşısını almaq məqsədilə ABŞ prezidenti Lindon Beyns Concon 1964-cü ilin 5 iyununda Türkiyə tarixinə “Conson məktubu” olaraq düşən, Türkiyənin Kiprə qarşı NATO-dan aldığı silahlardan istifadə etməyəcəyini bildirən, içi təhdidlərlə dolu ağır bir məktub göndərdi. Bu məktuba dövrün baş naziri İsmət İnönü “Yeni bir dünya qurular və Türkiyə bu dünyada öz yerini tutar” cümləsi ilə cavab verdi.
  4. 5 iyun 1967-ci ildə İsrail və Misir, İordaniya, Suriya arasında 6 günlük müharibə başladı. Müharibə Misir Hərbi Hava Qüvvələrini bir gün içində tamamilə məhv edən İsrailin üstünlüyü ilə sona çatdı.
  5. 5 iyun 1975-ci ildə İsrail və ərəb ölkələri arasında olan “Altı günlük müharibə” zamanı bağlanılan Süveyş kanalı beynəlxalq dəniz yoluna bir də 8 ildən sonra açıldı.
  6. 1992-ci ilin bu günündə Azərbaycanla Bolqarıstan, Norveç və Portuqaliya arasında diplomatik əlaqələr qurulub.
  7. 5 iyun 2006-cı ildə Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I forumu işə başlayıb. Foruma dünyanın 40 ölkəsindən 300-dək nümayəndə – azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, deputatlar, diaspor təşkilatlarının rəhbərləri qatılıb.
  8. 2014-cü ilin bu günündə Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
  9. 5 iyun həm də “Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 14 may tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər il iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

5 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

  1. Tanınmış ispan şairi və dramaturqu Federiko Qarsia Lorka 1898-ci ilin bu günü anadan olub.
  2. Türkiyənin məşhur “Yeşilçam” kinostudiyasının filmlərində rol alan, 1 romanı, 4 şeir kitabı olan şair, kino və teatr aktyoru Cahit İrqat 1971-ci ilin bu günü 55 yaşında dünyasını dəyişib. (1916–1971)
  3. 1908-ci ilin bu günündə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiq anadan olub. Repressiya qurbanı olan Müşfiqin “Yenə o bağ olaydı”, Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasında yer alıb.
  4. 5 iyun 1939-cu ildə Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlu dünyaya gəlib. O məşhur Azərbaycan şairi Səməd Vurğunun oğludur.
  5. Teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti Hamlet Xanızadə 5 iyun 1941-ci ildə anadan olub.
  6. Azərbaycan hərbçisi, Milli Qəhrəman Cavanşir Rəhimov 1973-cü ilin bu günündə dünyaya göz açıb. (Bizim.Media)

Continue Reading

Previous: Füzuli və Cəbrayıla prokurorlar təyin olundu
Next: Beyninizin gec qocalmasını istəyirsinizsə…

Bölmənin digər xəbərləri

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB
  • Dünya

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.