Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 473)
  • Dünya (3. 046)
  • Gündəm (10. 593)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb.
Cavidan 4 İyun, 2024

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub.Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Bəs iyunun 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 4 iyun 1783-cü ildə fransız Monqolfe qardaşları isti hava şarları ilə xalq qarşısında ilk uçuşlarını reallaşdırdılar.

2. Çevrilişlə taxtdan endirilən Osmanlı sultanı Əbdüləziz 1876-cı il iyunun 4-də nəzarətdə saxlanıldığı Feriye sarayında ölü tapıldı.

3. 4 iyun 1878-ci ildə Osmanlı imperatorluğu ilə İngiltərə (Birləşmiş Krallıq) arasında Kipr Müqaviləsi imzalandı və Kiprin (Qıbrızın) idarəsi müvəqqəti olaraq Böyük Britanyaya keçdi. Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövləti Almaniya ilə ittifaq qurduğu üçün İngiltərə Kipri ilhaq etdiyini açıqladı və adada 1960-cı ilə sürən ingilis hakimiyyəti başladı.

4. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında Dostluq Müqaviləsi imzalandı. Bu, Azərbaycan Demokratik Respublikasının xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Sənədin giriş hissəsində yazılmışdı: “Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlib”.

5. 1932-cü ilin 4 iyun tarixindən Türkiyədə xarici vətəndaşların dövlət işlərində çalışması rəsmən qadağan edildi.

6. 4 iyun 1977-ci ildə Apple istehsalı olan ilk stolüstü kompyuter satışa çıxarılıb.

7. 1982-ci il iyunun 4-də İsrail silahlı qüvvələri Livanın paytaxtı Beyrutu bombardman ediblər. Hadisədən 1 il sonra Birləşmiş Çmillətlər Təşkilatı bombardman nəticəsində həlak olan uşaqların xatirəsini əbədiləşdirmək barədə qərar qəbul etdi. 1983-cü ildən 4 İyun Təcavüz Qurbanı olan Uşaqların Beynəlxalq Xatirə Günüdür. 

8. 4 iyun 1989-cu ildə Çində universitet tələbələri tərəfindən başlanılan Tyananmen üsyanı əsgərlərin qanlı müdaxiləsilə başa çatdı. Çin ordusunun nümayişçilərə həqiqi güllədən istifadə etməsi nəticəsində yüzlərlə tələbə həyatını itirdi, 7 mindən çoxu yaralandı.

9. 2012-ci ilin 4 iyununda Myanmarın Arakan bölgəsindəki 10 müsəlman gənc bütpərəst qrupun bıçaqlı hücumu nəticəsində həyatını itirdi. Gərginlik nəzarətdən çıxdı: ölkənin Cunta hakimiyyəti bütpərəstlərin Arakan müsəlmanlarına hücumlarına göz yumdu.

4 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Mollanəsrəddinçi şair Bayraməli Abbaszadə 1869-cu ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib. İbtidai təhsilini mollaxanada alan Bayraməli 20-ci əsrin əvvəllərində Bakıya gəlib, “Molla Nəsrəddin” jurnalında “Hambal” imzası ilə yazılarını çap etdirib.  Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başlananda Təbrizə gedərək Səttarxanla çiyin-çiyinə döyüşüb, səttarxançıları tərənnüm edən şeirlər yazan Bayraməli Abbaszadə hərəkatın məğlubiyyətindən sonra təqib edildiyindən yenidən Bakıya qayıdıb, ömrünün sonunadək burada yaşayıb, seçilmiş əsərlərini buraxıb. (1869-1926)

2. 4 iyun lətifələri və səyahət yazılarıyla tanınan, müasir Türkiyə şeirinin görkəmli nümayəndələrindən biri Əhməd Haşimin xatirə günüdür. O, 1933-cü ilin bu günü 49 yaşında dünyasını dəyişib. (1884-1933)

3. Azərbaycan idmanının görkəmli simalarından biri, məşqçi Şamil Şamxalov 1926-cı ilin 4 iyununda Bakıda anadan olub.  20 ildən artıq bir dövrdə Azərbaycanın seçmə kollektivlərinə və qadınlardan ibarət “Neftçi” voleybol komandasına rəhbərlik edib. 1966-cı ildə “Neftçi” voleybolçuları Şamil Şamxalovun rəhbərliyilə bürünc, 1 il sonra gümüş medal qazanıblar. Onun yetirmələri arasında olimpiya, dünya və Avropa çempionları olmuş İnna Rıskal, Vera Lantratova, Oqtay Ağayev, Yaşar Abbasov və başqaları var. (1926-2004)

4. Azərbaycanın tanınmış xanəndəsi Fatma Mehrəliyeva 1926-cı ildə Qubada anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhətilə Bakıda musiqi məktəbində təhsil alan Fatma 18 yaşından Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul olunub, muğam, bəstəkar və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb.  Fatma Mehrəliyevanın ifasında “Kəsmə Şikəstə” muğamı Azərbaycan radiosunun “Qızıl Fond”unda saxlanılır. O həm də “Arşın mal alan” filmində Telli rolunda çəkilib. (1926-2000)

5. 4 iyun 1929-cu ildə  kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub.(Bizim.Media)

Continue Reading

Previous: İran-Çin münasibətlərində GƏRGİNLİK – “Üç ada” böhranı Tehranla Pekinin dostluğunu POZACAQ?
Next: Şəhid jurnalistlərin anım günüdür 

Bölmənin digər xəbərləri

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib
  • Cəmiyyət

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib

11 Dekabr, 2025
Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib
  • Cəmiyyət

Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib

11 Dekabr, 2025
İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub
  • Gündəm

İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub

11 Dekabr, 2025

Top 7 Xəbər

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib 1

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib

11 Dekabr, 2025
Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib 2

Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib

11 Dekabr, 2025
İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub 3

İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub

11 Dekabr, 2025
Azərbaycan neftinin qiyməti cüzi azalıb 4

Azərbaycan neftinin qiyməti cüzi azalıb

11 Dekabr, 2025
Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib 5

Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib

11 Dekabr, 2025
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 6

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 7

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 473)
  • Dünya (3. 046)
  • Gündəm (10. 593)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8473) Dünya (3046) Gündəm (10593) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib 11 Dekabr, 2025
  • Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib 11 Dekabr, 2025
  • İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub 11 Dekabr, 2025
  • Azərbaycan neftinin qiyməti cüzi azalıb 11 Dekabr, 2025
  • Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.