Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İran-Çin münasibətlərində GƏRGİNLİK – “Üç ada” böhranı Tehranla Pekinin dostluğunu POZACAQ?
  • Cəmiyyət
  • Gündəm

İran-Çin münasibətlərində GƏRGİNLİK – “Üç ada” böhranı Tehranla Pekinin dostluğunu POZACAQ?

Pakistanın ardınca Çinin də İranla münasibətlərində gərginlik yaranıb.  Belə ki, İranla BƏƏ arasında mübahisəli 3 ada məsələsilə əlaqədar
Cavidan 3 İyun, 2024
1717412644_1

Pakistanın ardınca Çinin də İranla münasibətlərində gərginlik yaranıb. 

Belə ki, İranla BƏƏ arasında mübahisəli 3 ada məsələsilə əlaqədar olaraq Çinin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. “İRNA” agentliyinin məlumatına görə, buna səbəb “Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi” olub. 

Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib

Bildirilib ki, İran İslam Respublikası 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.

Qeyd edək ki, sanksiyalar altında olan İranın hazırda Çinlə münasibətləri yüksək səviyyədədir. Artıq Çinin İranın əsas müttəfiqini çevrildiyini də əminliklə deyə bilərik. Belə ki, 2021-ci ilin yazında iki ölkə arasında 25 illik dövrü əhatə edən əməkdaşlıq sazişi imzalanıb. Həmin müqaviləyə əsasən, Çin İran iqtisadiyyatının müxtəlif sektorlarına 400 milyard dollar həcmində investisiya yatıracaq. 

Buna baxmayaraq Tehran Çinin BƏƏ-in mübahisəli 3 ada məsələsində mövqeyini dəstəkləməsinə görə, Pekinə etiraz notası göndərib.  

Yaranmış vəziyyətdə İran əsas müttəfiqini itirə bilərmi? 

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İran heç zaman bu cür xırda ziddiyyətləri böyüdüb Çinlə münasibətləri pozmaz. Əksinə, onların daha da yaxınlaşmaq ehtimalı daha çoxdur: 

“İran mübahisəli adalarla bağlı çox həssas davranır. Tehran 3 adanın İrana məxsus olmaması ilə bağlı hər hansı protokol və sənədə qol çəkən dövlətlərə dərhal etirazını bildirir. Bundan əvvəl Rusiyaya da anoloji etirazını bildirmişdi. Ancaq Tehranla Moskvanın münasibətləri göz qabağındadır. Bu münasibətlər nəinki pozulmadı, əksinə bir-birinə bir qədər də yaxınlaşıblar. 

Yaranmış vəziyyətdə İranın Çinlə də münasibətləri pozulmayacaq. Çünki Çin İran, İran da Pekin üçün mühüm əhəmiyyətə malik dövlətlərdir. Bu da onu göstərir ki, yaranmış bu kimi məsələlər İran Çin münasibətlərini poza bilməz. Sadəcə olaraq, Çin İranın bu məsələdə həssaslığını yəqin ki, bundan sonra nəzərə almağa çalışacaq”. 

Ekspert qeyd edir ki, İranla münasibətlərin pozulması Çinin də maraqları xaricindədir:

“Çinin də problemləri kifayət qədərdir. Pekin Nyu-Dehli ilə münasibətləri tam nizama sala bilməyib. Belə şəraitdə İranla münasibətlərin pozulması Pekinin də maraqlarına cavab vermir. Sanksiyalar altında olan İran üçün də Çin həddən artıq əhəmiyyətli dövlətdir. Çin dünyanın iqtisadi gücünə görə ikinci dövlətidir. Ona görə də İran heç zaman bu cür xırda ziddiyyətləri böyüdüb, Çinlə münasibətləri pozmaz. Əksinə, onların daha da yaxınlaşmaq ehtimalı daha çoxdur”. 

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Əli Əsədov Belarusa getdi
Next: BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.