Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Avropada növbəti KORRUPSİYA SKANDALI – Rusiyanın təbliğatı üçün rüşvət alan şəbəkə İFŞA OLUNDU

Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı yaşanır. Belçika federal prokurorunun bəyanatına görə, polis çərşənbə günü Avropa Parlamentinə “Russiagate” işi
Cavidan 30 May, 2024

Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı yaşanır. Belçika federal prokurorunun bəyanatına görə, polis çərşənbə günü Avropa Parlamentinə “Russiagate” işi ilə bağlı reydlər keçirib.

Reyd zamanı Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində axtarışlar aparılıb. Axtarışların aparılmasında məqsəd isə “Avropanın Səsi” internet saytında Rusiyanı təbliğ etmək üçün ödənilən pulların aşkar edilməsi ilə bağlı olub.

“Politico” nəşrinin məlumatına görə, Belçika polisi Almaniya üçün Alternativ (AFD) ifrat sağçı partiyasında çalışmış deputat köməkçisinin Rusiya ilə əlaqələrini araşdırır. Qeyd edək ki, həmin şəxs Avropa Parlamentinin hollandiyalı deputatı Marsel de Qraafın yardımçısıdır.

Araşdırmalar apreldə başlamışdı…

Ötən ayın 12-də nüfuzlu“Deutsche Welle” nəşri Belçika Federal Prokurorluğunun Avropanın Ukraynaya dəstəyini zəiflətmək üçün Moskvadan maliyyə vəsaiti almaqda şübhəli bilinən Avropa Parlamentinin bir sıra üzvləri ilə bağlı araşdırmalara başladığı ilə bağlı məlumat yaymışdı.

Belə ki, “Yeniləşən Avropa” fraksiyasının rəhbəri, fransalı Valeri Ayenin AP rəhbəri Roberta Metsolaya yazdığı məktub üzə çıxmışdı:

“Əgər qarşıdan gələn seçkilərdə vəzifədə olan deputatlar və ya namizədlər Rusiya hökumətindən və ya onun etibarlı şəxslərindən pul alıbsa, onlar ifşa edilməli və onlara qarşı tədbir görülməlidir”, – deyə məktubda qeyd olunmuşdu.

Bundan əlavə nəşr yazmışdı ki, “Avropanın Səsi” internet saytında müntəzəm olaraq avropalı siyasətçilərin Ukraynaya yardımı dayandırmağa yönələn çağırışları dərc olunub:

“Bu çağırışların müəlliflərindən bəzilərinə bunun üçün pul ödənilib. Almaniya , Belçika, Fransa, Macarıstan, Hollandiya və Polşadan olan bir sıra siyasətçilər bu kampaniyaya qoşulublar”.

Nəzərə alaq ki, AFD ilə bağlı bu ilk qalmaqal deyil.

AFD-nin adı son aylarda bir neçə qalmaqalda hallanıb. Hətta bu ilin aprel ayında partiyanın üzvü – Avropa Parlamentinin yüksək rütbəli deputatı Maksimilian Krahın köməkçisi həbs edilmişdi. Krahın Jian G. adlı köməkçisinin Çin məxfi xidmətinin əməkdaşı olduğu bildirilib. İstintaq zamanı məlum olub ki, Krah Avropa Parlamenti deputatı kimi xüsusi məqsədlər üçün Rusiya və Çindən ödənişlər qəbul edib.

Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib. Lakin istintaq orqanlarının deputatın ofisinə girişinə icazə verildiyini təsdiqləyib.

Korrupsiya qalmaqlı Avropa Parlamenti üçün xarakterik haldır.

Demək olar ki, hər ay hansısa AP deputatının adı korrupsiya qalmaqalında hallanır. Bundan əvvəl Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin korrupsiya əməlləri ifşa olunmuşdu. İddiaya görə AK rəhbəri müəyyən şəxsləri vəzifəyə təyin etmək üçün xüsusi olaraq Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb.  

AP-ın daha bir neçə yüksək çinli məmuru da korrupsiyaya bulaşıb…

Xatırladaq ki, bir qədər əvvəl  Avropa Parlamentinin sədr müavini Eva Kayli Brüssel polisi tərəfindən saxlanmışdı. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya da vermişdi. İttihama görə xanım Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün öz vəzifəsindən sui-istifadə edib. 

Nəzərə alaq ki, bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə (AP) Yunanıstandan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Yada salaq ki, 2021-ci il noyabrın 19-da Azərbaycan əleyhinə qəbul edilən bəyanat Avropa Parlamentinin adından elan edilsə də, bəyanatı yalnız 33 nəfər AP üzvü imzalayıb. 

Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Lukas Furlas, Lefteris Xristofor, Lars Patrik Berq ilə yanaşı, yunan deputat Eva Kayli də xüsusi aktivlik göstərmişdi.

Bəyanatda Azərbaycan Silahlı Qüvvələrinin “Ermənistanın ərazi bütövlüyünə qəsd etməsi” kimi qondarma ittihamlara yer verilmişdi. Həmin 33 deputat da “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırırdılar.

Avropa Parlamentinə “çirkli pullar” necə yol tapır?

Avropada lobbiçilik çoxları üçün gündəlik qazanc yeridir. Məsələn, Almaniyadan olan “Yaşıllar fraksiyası”nın rəhbəri Rebekka Harms müsahibələrindən birində qeyd edib ki, Avropa təşkilatlarında Avropaya birbaşa aiddiyyəti olmayan mövzular daha çox müzakirə edilir:

“Avropa xalqları üçün zəruri olan məsələlərə isə kifayət qədər yer ayırmır”.

Lobbiçilik deyəndə isə ilk olaraq ermənilər yada düşür. Çünki erməni lobbisi Avropada kifayət qədər populyardır. Bir faktı da diqqətə çatdıraq ki, Avropa İttifaqında əsas lobbiçi Fransanın “Coop de France” şirkətidir. Həmin şirkətin səhmlərinin 90 faizi isə Fransadakı erməni milyarderlərinin əlindədir. Bundan başqa Avropa Parlamentində “Ermənistanla dostluq qrupu” fəaliyyət göstərir. Bu qrupun üzvləri təkcə AP-da deyil, həm də öz ölkələrinin parlamentində ermənilərə vəkillik edirlər.

Ümumiyyətlə, erməni milyarderlər maaşla dolanan istənilən Avropalı parlamentarisini asanlıqla ələ ala bilirlər. Bəzi hallarda parlamentarilərin xüsusi məqsədli çıxışları və hərəkətləri həmin dövlətin də işinə yarayır. Necə deyərlər: “ilanı Seyid Əhmədin əli ilə tuturlar”. Dar macalda isə həmin dövlətin rəsmiləri çıxıb deyir ki, “bu bizim dövlətin yox, hansısa partiya funksionerinin mövqeyidir”. 

Daha bir korrupsiya faktı…

2022-ci ilin aprelində Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın etdilər. Xeyli sayda deputat korrupsiya faktına görə saxlanıldı. 

Nəzərə alaq ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. Avropa Xalq Partiyasının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.

2023-də “Politico” məlumat yaymışdı ki, dörd il ərzində Avropa Parlamentinin keçmiş üzvü Pier Antonio Panzeri və onun köməkçisi Françesko Giorgi Qətər, Mərakeş və Mavritaniyada iddia edilən müştərilərlə əməkdaşlıq edib və Avropa İttifaqının əsas demokratik orqanının işi onların xeyrinə təsir edib.

Məhz bu kimi səbəblər üzündən 2022-ci ildə Macarıstanın baş naziri Viktor Orban Qətər və Mərakeşin Aİ işlərinə qarışması ilə bağlı korrupsiya qalmaqalı səbəbindən Avropa Parlamentinin buraxılmasını təklif etmişdi. Amma Orbanın haqlı təklifi korrupsioner qurum tərəfindən eşidilmədi.

Avropalılar davranış kodeksinə niyə əməl etmir?

Xatırladaq ki, daha əvvəllər də Avropa Parlamentinin bir çox üzvü, davranış kodeksinin əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub. 

Avropa Parlamentinin bir sıra deputatları hələ 2011-ci ilin martında etiraf ediblər ki, böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bu kodeks yalnız kağız üzərində qalıb. 

Bu da o deməkdir ki, Avropa Parlamenti olduğu kimi yox, görünmək istədiyi kimi olmağa çalışır. Amma qiymətli hədiyyələr və külli miqdarda pul avropalı parlamentariləri görünmək istədikləri donu tez sıradan çıxarır. Beləcə, AP deputatları əsl simaları və korrupsiyalaşmış əndamları ilə tez-tez polis qabağında poz verməli olurlar. (Bizim.Media)

Continue Reading

Previous: XİN Xorvatiyanı təbrik etdi
Next: Şəhid ailəsinin üzvləri özəl universitetlərdə təhsil haqqından azad edildi

Bölmənin digər xəbərləri

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL
  • Cəmiyyət

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026

Top 7 Xəbər

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 1

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 2

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 3

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 4

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 5

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 6

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 7

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9076) Dünya (3262) Gündəm (11402) Kateqoriyasızlar (473) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
  • Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 13 Mart, 2026
  • Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 13 Mart, 2026
  • Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 13 Mart, 2026
  • Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.