Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 466)
  • Dünya (3. 046)
  • Gündəm (10. 587)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Leyla Əliyeva Berlində səfərdədir – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar
Cavidan 25 May, 2024

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən “Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.

Leyla Əliyeva səfər çərçivəsində “Michael Succow” Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri Ruy Bernardino, eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər keçirib, təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb. Sonuncu görüş zamanı Bakı və Berlin Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.

Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.

Continue Reading

Previous: İşğaldan azad edilən Qızılhacılı kəndindən yeni VİDEO
Next: Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

Keçmiş hakimə yeni vəzifə verildi
  • Cəmiyyət

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ
  • Cəmiyyət

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025
Türkiyədə fabrik yanır
  • Cəmiyyət

Türkiyədə fabrik yanır

10 Dekabr, 2025

Top 7 Xəbər

Keçmiş hakimə yeni vəzifə verildi 1

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ 2

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025
Türkiyədə fabrik yanır 3

Türkiyədə fabrik yanır

10 Dekabr, 2025
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 4

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025
Yağışlı hava sabah da davam edəcək – PROQNOZ 5

Yağışlı hava sabah da davam edəcək – PROQNOZ

10 Dekabr, 2025
Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq 6

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

10 Dekabr, 2025
Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək 7

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 466)
  • Dünya (3. 046)
  • Gündəm (10. 587)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8466) Dünya (3046) Gündəm (10587) Kateqoriyasızlar (436) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Keçmiş hakimə yeni vəzifə verildi 10 Dekabr, 2025
  • Pensiyalar ÖDƏNİLDİ 10 Dekabr, 2025
  • Türkiyədə fabrik yanır 10 Dekabr, 2025
  • Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 10 Dekabr, 2025
  • Yağışlı hava sabah da davam edəcək – PROQNOZ 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.