Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezidentin qətiyyətli Zəngəzur mesajı: – Ünvanına çatır…
  • Siyasət

Prezidentin qətiyyətli Zəngəzur mesajı: – Ünvanına çatır…

Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı, 11 yanvar 2021-ci il üçtərəfli razılaşmasının əsas müddəalarından
Cavidan 7 Dekabr, 2021
1638868426_0001

Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı, 11 yanvar 2021-ci il üçtərəfli razılaşmasının əsas müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır. Amma hələ də Ermənistan buna ciddi cəhdlə mane olmağa səy göstərir.

Prezident İlham Əliyev dünən Qubaya səfəri zamanı sakinlərlə görüşündə bu məsələyə toxunub və bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı bizə vaxt verməlidir:

“”Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”.

Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq hüquq normalarına cavab verən sənəd var, regiondakı şərtlər buna münbit zəmin yaradır. Ermənistan bu prosesi uzatmağa çalışsa da, görünən odur ki, yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaq.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, Zəngəzur dəhlizinin açılması ermənilər tərəfindən uzanır:

“Bununla bağlı artıq ikinci sənəd imzalanıb. Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin də bildirdi ki, Zəngəzur dəhlizinin açılması vacibdir. Zəngəzur dəhlizinin açılmasını istəməyən isə Ermənistan və onun himayədarlarıdır. 44 günlük müharibədə Prezident İlham Əliyev bildirirdi ki, Ermənistan torpaqlarımızdan çıxması ilə bağlı bizə vaxt versin, müharibəni dayandıraq. Zəngəzur dəhlizi ilə bağlı da eyni vəziyyətdir. Sözsüz ki, bu zaman 2-3 il olmalı deyil. Zəngəzur dəhlizi yaxın zamanda açılmalıdır. Bu, təkcə bizim deyil, həm də Türkiyə və Rusiyanın marağındadır”.

Ekspertin fikrincə, Ermənistan da ağıllı siyasətçilər xalqa izah etməlidirlər ki, Zəngəzur dəhlizi ilk növbədə onlara lazımdır:

“Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək Ermənistan üçün həyati önəm daşıyır. Bütün regionda gedən layihələrdən bəhrələnmək üçün bu, vacib şərtdir. Millətçi ermənilər başa düşməlidirlər ki, Zəngəzur dəhlizinin açılması prosesini uzatmaqla yalnız özlərinə problem yaradırlar. Ona görə də Prezidentin bu çıxaşı Ermənistan üçün ciddi mesaj olmalıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Tərtər işi”ndə ittiham edilənlərin yaxınları toplaşdı – DİN-dən reaksiya
Next: Sahibə Qafarova Türkiyəyə gedir

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.