Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 7 il əvvəl – 2017-ci il sentyabrın 6-da müşahidə olunub.
Bu isə Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Qeyd olunub ki, plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çata bilər.