Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Şoyqu, Patruşev, Belousov ÜÇBUCAĞI – Kremldəki vəzifə dəyişikliklərinin PƏRDƏARXASI  
  • Dünya
  • Gündəm

Şoyqu, Patruşev, Belousov ÜÇBUCAĞI – Kremldəki vəzifə dəyişikliklərinin PƏRDƏARXASI  

Növbəti dəfə Rusiya Prezidenti seçilən Vladimir Putin yeni hökumətin formalaşması ilə əlaqədar güc strukturlarında radikal dəyişikliklərə getdi. Mayın
Cavidan 14 May, 2024
1715606938_1

Növbəti dəfə Rusiya Prezidenti seçilən Vladimir Putin yeni hökumətin formalaşması ilə əlaqədar güc strukturlarında radikal dəyişikliklərə getdi. Mayın 12-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında fərman imzalayıb.

Putinin digər fərmanı ilə 2008-ci ilin mayından bu vəzifədə çalışan Nikolay Patruşev “başqa işə keçməsi ilə əlaqədar” vəzifəsindən azad edilib.

Qeyd edək ki, Sergey Şoyqu 2012-ci ildən müdafiə naziri vəzifəsindədir.

Putin Nazirlər Kabineti istefaya getməzdən əvvəl Baş nazirin birinci müavini vəzifəsində çalışmış Andrey Belousovun yeni müdafiə naziri təyin edilməsini təklif edib. Məlumata görə, onun namizədliyinə Federasiya Şurası mayın 13-14-də baxacaq.

Kremlin sözçüsü Dmitri Peskov yerli mediaya bildirib ki, Şoyqu Təhlükəsizlik Şurasının katibi kimi eyni vaxtda Hərbi-Sənaye Komissiyasında sədr müavini olacaq. Həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə (FSMTC) rəhbərlik edəcək.

V.Putinin müdafiə naziri vəzifəsinə A.Belousovu təklif etmək qərarını izah edən D.Peskov deyib ki, güclər blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına, yəni onu indiki məqamın dinamikasına uyğunlaşdırmaq çox vacibdir:

“Bu gün döyüş meydanında qalib yeniliyə daha açıq olandır. Ona görə də təbiidir ki, hazırkı mərhələdə prezident Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsinə qərar verib”. 

Görəsən, Kremldə nə baş verir ki, Putin güc strukturlarında belə radikal dəyişikliklərə gedir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, Putinin güc strukturlarına münasibətdə atdığı radikal addım kriminogen vəziyyət, habelə ölkənin müharibə ilə bağlı yürüdülən siyasətindəki problemlərlə bağlıdır: 

“Müharibə dövrünün ekstremal vəziyyətinin ortaya çıxardığı və öz həllini tapmayan bir sıra problemləri, görünür, Rusiyanın güc strukturlarında belə bir dəyişikliyə səbəb olub. Putinin aldığı qərarlar yəqin ki, müharibə ilə əlaqəlidir. Səfərbərliklə bağlı müəyyən problemlər var ki, onun ətrafında da bir sıra ciddi narahatedici boşluqlar üzə çıxıb. Görünür, Putinin güc strukturlarında etdiyi kadr dəyişikliyi də məhz bununla əlaqəlidir. 
Amma bütövlükdə parlamentin, yaxud da hansısa digər strukturların mahiyyətində hər hansı bir dəyişiklik yoxdur. Kadr dəyişikliyi daha çox güc strukturlarına aiddirsə, onda bu həm kriminogen vəziyyət, həm də ölkənin müharibə ilə bağlı yürüdülən siyasətindəki problemlərlə əlaqədar ola bilər. Ona görə də Kreml rəhbəri tərəfindən belə addımların atılması gözlənilən idi”.

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İan Borq: Sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik
Next: Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 103308
  • Dünya

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.