Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • 5 il əvvəl bəh-bəhlə qəbul edilən sənədlər niyə icrasız qaldı? – Qeybə çəkilmiş 12-ci… xəritə
  • Cəmiyyət

5 il əvvəl bəh-bəhlə qəbul edilən sənədlər niyə icrasız qaldı? – Qeybə çəkilmiş 12-ci… xəritə

Dekabrın 6-da Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi
Cavidan 7 Dekabr, 2021

Dekabrın 6-da Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının 5 ili tamam oldu. Xatırladaq ki, həmin Fərmanla 12 strateji xəritə təsdiq olunmuşdu.

Sənəddə deyilirdi ki, bu xəritələr iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım edəcək.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 3 dövrü əhatə edir: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr.

Proqramın məqsədi haqqında sənəddə yazılmışdı:

“Xarici şokların mənfi təsiri” nəticəsində yaranmış vəziyyətdən çıxmaq, sabitləşdirilmə, şaxələnmə və dünya iqtisadiyyatına inteqrasiya etməklə, rəqabət qabiliyyətinin artırılması ilə iş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək. Bu dövrün iqtisadi inkişaf perspektivinin fundamental əsası- makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektorunun yaradılmasıdır”.

Sənəddə institusional islahatların aparılması da zəruri sayılmışdı:

Məhkəmə-hüquq islahatlarının davam etdirilməsi – müstəqil məhkəmə institutunun möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi ilə mülkiyyət hüquqlarının qorunması. Qanunun aliliyinin gücləndirilməsi – qanunvericiliyin təkmilləşdirilməsi, qanunların icrası mexanizmlərinin gücləndirilməsi və şəffaflaşdırılması.

Biznes mühitinin yaxşılaşdırılması – biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi-gömrük idarəetməsinin keyfiyyətinin daha da yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin təmin edilməsi.

Strateji Yol xəritələri əsasən 11 sektoru əhatə edir:

Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı, kommunal xidmətlərin inkişafı.

Bu sənədə görə sahibkarların iqtisadi fəallığının artırılması, özəl təşəbbüslərə dəstək, sağlam rəqabət mühitinin formalaşdırılması və dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir.

Strateji Yol Xəritəsi 2025-ci ilə qədər 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Sənəddə deyilir ki, bu xəritələrin sayəsində vətəndaşlar birbaşa olaraq, xidmət sahələrinin, o cümlədən kommunal xidmətlərin səmərəliliyin və insan kapitalının keyfiyyətinin artırılmasından yararlana bilər.

İqtisadçı ekspert Əkrəm Həsənov bildirir ki, sənədin qəbul olunmasından 5 il ötməsinə baxmayaraq, indiyədək onların yalnız 11-i elektron dərc olunub, rəsmi kağız dərci hələ də yoxdur. Ekspert qeyd edib ki, bəzi xəritələrin elektron variantı sonradan dəyişdirilib:

“Maraqlıdır, dövlət başçısının imzaladığı sənədi dəyişdirməyə kim cürət edib? Hələ də dərc edilməmiş, qeybə çəkilmiş 12-ci “Xəritə-əz-zaman” – “Azərbaycan Respublikasının neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin zühurunu isə hələ də gözləyirik, onun heç elektron variantı da yoxdur”.

Ə.Həsənovun sözlərinə görə, ən başlıcası, hazırlanması üzrə xarici məsləhətçilərə milyonlarla vəsait xərclənmiş sözügedən xəritələr əsas etibarı ilə icrasız qalıb: “Hazırda onları heç xatırlayan da yoxdur. Yəqin bu gün də (ildönümündə -red.) rəsmilər xatırlamayacaq. Bunu deməkdə məqsədim xəritə təşəbbüskarlarını, müəlliflərini və icraçılarını qınamaq deyil. Yəqin ki, məramları xoş və müsbət idi”.

Bəs xəritələr niyə icra olunmadı? Ekspert qeyd edir ki, indiyədək təsdiqlənmiş proqram xarakterli sənədlərin əksəriyyəti icra olunmayıb: “Ona görə ki, bazar iqtisadiyyatı şəraitində inkişafa proqram və xəritələrlə nail olunmur. Hələ 5 il əvvəl bütün xəritələrin qısaca təhlilini yazmışdım. Ümumi nəticəm bu idi ki, onlar əsasən xoş arzular ifadəsidir. Reallıqda isə bazar iqtisadiyyatı şəraitində inkişafa hüquqi dövlətin qurulması, qanunçuluğun, savadlı və ədalətli məhkəmə sisteminin təmin edilməsi yolu ilə nail olunur. Lakin məhz bu sahədə indiyədək köklü heç bir sənəd qəbul olunmayıb. Yeganə istisna “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandır. Lakin əvvəla, həmin sənəd köklü xarakter daşımır. Ən əsası isə o da bir sıra hallarda, məsələn, məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılması üzrə icrasız qalıb. Zəhmətkeş, işgüzar xalqımız var. Bu resursdan səmərəli istifadə etməyin bircə yolu var: aydın və işlək oyun qaydalarını müəyyən etmək və onlara riayət etmək. Yəni normal qanunlar qəbul etmək, savadlı və ədalətli hakimlər təyin etmək, qanunçuluğu təmin etmək və s. Bax, məhz bu sahədə strateji yol xəritəsi müəyyən etmək və icra etmək lazımdır. Bunu etsək, iqtisadi inkişaf da olacaq, xarici sərmayələr də, sosial rifah da!”

İqtisadçı alim Nazim Bəydəmirli Pressklub.az-a bildirib ki, Azərbaycanda strateji yol xəritələrinin, dövlət proqramlarının icrası mükəmməl deyil. “Onların icrasına nəzarət də olduqca aşağı səviyyədədir. Xəritələrin bir çoxu sadəcə piar xatirinə qəbul edilmiş sənədlərdir. Həmişə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif vədlər verilib. Bu dəfə də məqsəd də ondan ibarətdir ki, əhaliyə ümid verilsin ki, guya gələcəkdə hər şey yaxşı olacaq”,-iqtisadçı vurğulayıb.

N. Bəydəmirlinin sözlərinə görə, hər bir nazirlik öz fəaliyyət sahəsinə uyğun fəaliyyət proqramları qəbul etdirir: “Nazirlər Kabineti ümumilikdə işlək mexanizm olmadığına görə, hər şey nazirliklərin maraq dairəsindən kənara çıxmır. Misal üçün, heç kəsə sirr deyil ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramında nəzərdə tutulmuşdu ki, bütün kəndlər təbii qazla təmin olunacaq, fiber-optik internet xətləri çəkiləcək, rəqəmsal ATS-lər tikiləcək. Amma bu gün mən yaşadığım Bakı şəhərinin Nizami rayonunun əksər məhəllələrində belə fiber-optik kabellər tam çəkilməyib. Hər dəfə nazirlikdən bu barədə soruşuruq, deyirlər, gələn ilin proqramında nəzərdə tutulub. Eyni zamanda, proqramlarda Bakı ətrafı qəsəbələrə kanalizasiya xətlərinin, yol infrastrukturun, su xətlərinin çəkilməsi və s. yazılıb. Təsəvvür edin, hökumət işğaldan azad olunan bölgələrdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələri icra edir, amma Bakıda işıqların sönmədiyi gün yoxdur”.

İqtisadçı vurğulayıb ki, büdcə vəsaitlərinin mənimsənilməsi üçün belə proqramlar kağız üzərində işlənir, amma onun aqibəti sorğulanmır: “Çünki bunu sorğulayacaq bir parlament yoxdur. Ona görə də vəziyyət bu gündədir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Yeni imtahan qiymətləri katostrofik həddədir” – AKTUAL
Next: Azərbaycanda zəlzələ oldu

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026
277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.