Skip to content
18 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 093)
  • Dünya (3. 268)
  • Gündəm (11. 430)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Yeni imtahan qiymətləri katostrofik həddədir” – AKTUAL

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamasına görə, bu il bakalavriat səviyyəsinə I-IV qruplar üzrə sınaq imtahanlarında iştirak etmək istəyənlər
Cavidan 7 Dekabr, 2021

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamasına görə, bu il bakalavriat səviyyəsinə I-IV qruplar üzrə sınaq imtahanlarında iştirak etmək istəyənlər 40 manat, III qrupda hər iki altqrupu seçənlər coğrafiya fənnindən imtahan vermək istədiyi halda əlavə 15 manat ödəməlidirlər. Magistratura səviyyəsi üçün isə sınaq imtahanının qiyməti 50 manatdır.

Sınaq imtahanlarının mövcud qiymətləri müzakirələrə səbəb olub və bir sıra hallarda narazılıqla qarşılanıb. AYNA bu istiqamətdə yaranan suallara cavab tapmaq üçün təhsil eksperti Elvin Bədirovla həmsöhbət olub.

  • Valideynlər və abituriyentlər arasında DİM-in sınaq imtahanları üçün təyin etdiyi qiymətləri yüksək hesab edənlər çoxdur. Sizcə, bu narazılığa haqq qazandırmaq olarmı?
  • Həm valideynlər, həm abituriyentlər, həm də narazı təhsil ictimaiyyəti narazılıqlarında tamamilə haqlıdır. Sınaq imtahanlarının yeni qiymətləri katostrofik həddədir. Təklif edilən sınaq imtahanının real dəyərindən ən azı 7-8 dəfə bahadır.
  • DİM-in əsaslandırmalarına görə, bu, imtahanlarda yüksək keyfiyyətin təminatı üçündür. Bununla razılaşmaq olarmı? DİM qiymətləri yüksəldəndən bəri imtahan prosesində və suallarda müsbətə doğru hansısa dəyişikliklər müşahidə olunubmu?
  • Dövlət İmtahan Mərkəzinin əsaslandırmasının nə olmasından, onların hansı arqumentləri gətirməsindən aslı olmayaraq qiymətlərə haqq qazandırmaq mümkün deyil. Ümumiyyətlə, publik hüquqi şəxs olduqdan sonra Dövlət İmtahan Mərkəzi özünü fərqli ampluada təqdim edir. Söhbət hansı keyfiyyət dəyişikliyindən gedə bilər ki? Bu halda belə məntiq yürütməliyik ki, qiymətlər 3 manat olanda keyfiyyət yerlərdə idi? Belə yanaşma qəbuledilməzdir.
  • Bir çox məqamlarda olduğu kimi, bu məsələdə də başqa ölkələrlə müqayisələr aparılır, bu yolla mövcud imtahan qiymətlərinə haqq qazandırılır. Ümumiyyətlə, bizim təhsil sistemi, imtahan prosesi və qarşılığında təyin edilmiş qiyməti dünya təcrübəsi ilə müqayisə etmək olarmı? Bu, nə dərəcədə ədalətli müqayisə olar?
  • Təəsüf ki, biz təhsilin bütün istiqamətlərində – söhbət maddi məsələyə gəldikdə – özümüzü dünya qiymətləri ilə eyni tərəziyə qoyuruq. Əgər məsələ budursa, qibtə ilə baxdığımız Avropanın bir sıra ölkələrində nəinki imtahanlar, universitetlər belə, ödənişsizdir. İkincisi də, biz ölkə insanımızın alıcılıq qabiliyyətinə baxmalıyıq. Dövlət İmtahan Mərkəzinin çətinləşdirilmiş qəbul standartları, universitetlərimizin isə yüksək təhsil haqqı strategiyası hər il 15 mindən çox tələbənin məcburiyyətdən ölkə xaricinə getməsinə səbəb olur. Qazanan isə təhsil turizmini gerçəkləşdirən ölkələr olur.
  • Bizdə niyə imtahan qiymətləri yüksəkdir?
  • Bizdə imtahanların qiymətinin bu qədər yüksək olmasının heç bir obyektiv səbəbi ola bilməz. Səbəb ancaq və ancaq subyektiv amillərdir. İmtahan xərcləri nədir – əvvəlcə onlara baxmaq lazımdır: 1) sual bazasının formalaşdırılması, 2) test tərtibatının aparılması, 3) nəşr prosesi, 4) imtahan binaları, 5) nəzarətçilərin təşkil edilməsi, 6) cavabların emal edilməsi, 7) marker müəllimlərin açıq tipli suallara cəlb edilməsi, 8) proqram təminatı, 9) nəticələrin elan edilməsi. Əgər DİM fantastik pullar qazanmağa çalışmasa, sınaq imtahanlarını 15 manat etməklə də kifayət qədər pul qazanar, həm də bu halda imtahanlar kütləvi xarakter daşıyar.
  • Çıxış yolu nədədir?
  • Çıxış yolu çox sadədir. Şəxsi maraqlardan çıxış etməmək, təhsili, şagirdləri düşünmək.
  • Qəbul imtahanları üçün də qiymətlərin bundan daha yüksək olacağını gözləmək olarmı?
  • Sınaq imtahanlarının bu qədər yüksək həddə çatması həm abituriyentlər üçün keçiriləcək qəbul imtahanlarının, həm fərqli xarici dil üzrə imtahan vermək istəyənlərin imtahan qiymətinin, həm də magistr və dövlət qulluğuna qəbul imtahanlarının qiymətlərinin artacağını proqnoz etməyə imkan verir. Ancaq bu, çox yalnış addımdır.

Continue Reading

Previous: Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq gətirildi
Next: 5 il əvvəl bəh-bəhlə qəbul edilən sənədlər niyə icrasız qaldı? – Qeybə çəkilmiş 12-ci… xəritə

Bölmənin digər xəbərləri

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir
  • Cəmiyyət

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

18 Mart, 2026
Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər
  • Cəmiyyət

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026
Bu ərazilərdə işıq olmayacaq
  • Cəmiyyət

Bu ərazilərdə işıq olmayacaq

18 Mart, 2026

Top 7 Xəbər

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ 1

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

18 Mart, 2026
Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir 2

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

18 Mart, 2026
Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 3

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026
Bu ərazilərdə işıq olmayacaq 4

Bu ərazilərdə işıq olmayacaq

18 Mart, 2026
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 5

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

18 Mart, 2026
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib 6

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

18 Mart, 2026
Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 7

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 093)
  • Dünya (3. 268)
  • Gündəm (11. 430)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9093) Dünya (3268) Gündəm (11430) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2968) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah 20 dərəcə isti olacaq – PROQNOZ 18 Mart, 2026
  • Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir 18 Mart, 2026
  • Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 18 Mart, 2026
  • Bu ərazilərdə işıq olmayacaq 18 Mart, 2026
  • UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 18 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.