Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 460)
  • Dünya (3. 045)
  • Gündəm (10. 582)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Cavidan 24 Aprel, 2024

Ölkəmizdə azyaşlı uşaqlar arasında rəqs etməyə maraq artıb. Uşaqlar bəzən valideynlərin təkidi, bəzənsə özlərinin təşəbbüsü ilə rəqs dərslərinə yazılırlar. Valideynlər azyaşlı övladlarını rəqs dərslərinə qoyur, onların rəqs videolarını sosial şəbəkələrdə paylaşırlar.

Azərbaycanda rəqsin tarixi çox qədim dövrlərə gedib çıxır. Özündə qədim və zəngin tarixi nüansları daşıyan rəqslər mədəniyyətimizin, adət-ənənələrimizin bir parçası olub. Tarixən qadın və kişilər fərqli hərəkətlərdən istifadə edərək rəqs mədəniyyətini bu günlərədək gətirib.

Ancaq son dövrlərdə sosial mediada paylaşılan rəqs videoları bir çox insanların etirazlarına səbəb olur. Xüsusilə azyaşlı uşaqların rəqsləri ictimaiyyət tərəfindən geniş müzakirə olunur. Müzakirə doğuran məqamlardan biri də ondan ibarətdir ki, oğlanlar qadınlara məxsus tərzdə rəqs edir, müxtəlif bədən hərəkətləri ilə özlərini qadınlara oxşadırlar. Qızlar isə əksinə…

Qeyd edək ki, bir neçə gün əvvəl efirlərin birində də sözügedən məsələ ilə bağlı qalmaqal yaşanıb. Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb: “Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu “Tərəkəmə” rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər”.

Xalqımızın milli adət-ənənələrində, folklorunda önəmli yer tutan rəqs mədəniyyətinin bu formaya salınmasının və belə təbliğ olunmasının səbəbləri nələrdir?

“Rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır”

Mövzu ilə bağlı Modern.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir ki, rəqslərimizlə bağlı problemlər bu günün deyil, çoxdan başlamış bir prosesdir:

“Rəqs Azərbaycan incəsənətinin üzdə olan daha çox toylarda nümayişi ilə get-gedə rəngarəng formalar alan rəqs sənətidir. Oğlan və qız uşaqlarının rəqs edən zaman mədəniyyətimizə yad olan hərəkətlər etməsi pislənməlidir. İstər toylarda, istərsə də sosial şəbəkəkələrdə nümayiş etdirilən müxtəlif rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır. Gözümüz qabağında narkotik istifadəçilərinin hərəkətlərini rəqsə gətiririlər. Nə vaxt görünüb ki, oğruların hərəkləri rəqsə gətirilsin? Bunlar nə qədər düzgündür? Bu bizim uşaqların gözü qabağında bizim əzizlərimizin məclislərində, toylarında olur. Artıq peşəkər rəqqaslarda belə hərəkləri öz yaradıcılıqlarında təkrarlayırlar”.

“Fikirləşirlər ki, hansısa tanınmış cins azlığın nümayəndəsi yaxşı pul qazanırsa, maşını varsa, niyə mən də belə olmayım?”

Kulturoloq bununla əlaqədar olaraq bütün cəmiyyətin etiraz bildirməli olduğunu vurğulayıb.

“Hər şey musiqidən, rəqsdən, filmdən başlayır. Bunu təbliğ edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Toylarda qız kimi oynayan, göbək rəqsi edən oğlanlara, oğlan hərəkəti edən qızlara etiraz bildirmək lazımdır.
Axı, bunlar bizim övladlarımızdır? Onlar cəmiyyətin gələcəkləridirlər. Rəqs çox sağlam həyat tərzinə aid olan kreativ incəsənət növüdür. Azərbaycan toylarında gənclərimizin rəqs etməsini biz alqışlayırıq. Amma bizə yad olan, mental dəyərlərimizn elementlərini vacib komponetlərinin özündə əks etdirməyən rəqslər nəyə lazımdır? Bəli, gənclər dünyanın müxtəlif xalqlarının rəqslərini ifa edə bilərlər. Bizim gənclər braziliya, ərəb rəqsləri oynayırlar. Hətta Əfqanıstanda qıza bənzər rəqs edən oğlan uşaqlarının hərəkətlərinin də görə bilərik. Amma bu nə qədər düzgündür?! Elə xalqlar var ki, Afrika xalqları, qonşu İranda fars dilli bir çox xalqların kişilərinin rəqslərində qadın rəqs elementləri var. Görünür, bunları Azərbaycana da gətirmək istəyən şəxslər var. Bu bizim yumoristik verilişlərdə qadın paltarı geyinən aktyorlardan qaynaqlanır. Sosial şəbəkələrdə qadın patları geyinərək rəqs edirlər. Uşaqlar da onlara baxır. Fikirləşirlər ki, hansısa tanınmış cins azlığın nümayəndəsi yaxşı pul qazanırsa, maşını varsa, niyə mən də belə olmayım? Çox böyük problemdir. Problemlə bağlı dövlət qurumları, ictimaiət, media bu hərəkətlər qarşı çox ciddi mübarizə aparmalıdırlar”, – Aydın Xan Əbilov deyir.

“Hüquq-mühafizə orqanları bunun qarşısını almalıdırlar”

Sosioloq Mail Yaqub isə bunun məqsədli şəkildə həyata keçirilən plan olduğunu düşünür.

“Dünya əhalisin artması, yaratdığı problemlərin fonunda bu kimi fəsadları məqsədli şəkildə yayırlar. Bunun yaymaqda məqsəd dünya əhalisinin sayını azaltmaqdır. Mən bunu fəsad adlandırıram. Amma təəssüf ki, buna rəvac verən insanlar var. Bu kimi murdar əməlləri kim yayır? Oğlanların qızlaşması prosesi dəhşətlidir.
Bu bizim mənəviyyatımıza ziddir. Mütləq hüquq-mühafizə orqanları bunun qarşısını almalıdırlar. İndidən uşaqların beyninə yeridirlər. O uşaqda elə formalaşır. Gələcəkdə onun necə olacağı da məlum məsələdir”,

Continue Reading

Previous: Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Next: İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Bölmənin digər xəbərləri

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib
  • Cəmiyyət

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
  • Cəmiyyət

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib
  • Gündəm

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025

Top 7 Xəbər

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 1

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 2

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 3

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 4

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 5

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 6

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 7

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 460)
  • Dünya (3. 045)
  • Gündəm (10. 582)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8460) Dünya (3045) Gündəm (10582) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 9 Dekabr, 2025
  • Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 9 Dekabr, 2025
  • İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 9 Dekabr, 2025
  • Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 9 Dekabr, 2025
  • Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.