Skip to content
3 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir… – TƏHLİL 

Cavidan 22 Aprel, 2024

Böyük səs-küy və ajiotaja rəğmən 5 aprel – Brüssel görüşünün nəticələri Ermənistanda o qədər də təqdir edilmir. Məsələn, ötən həftə Paşinyan hakim partiya üzvləri ilə görüşdə Brüssel toplantısı barədə cəmi 3 dəqiqə danışıb. Görüşü izləyən azsaylı erməni jurnalistləri yazır ki, Paşinyan Brüsseldə əldə olunan nəticələrdən o qədər də razı deyil.

Erməni mətbuatı qeyd edir ki, aysberqin yalnız görünən hissəsi barədə mühakimə yürütmək mümkündür:

“Amma görüşün açıqlanmayan tərəfi daha maraqlıdır. Lakin baş nazir bu görüş barədə çox danışmaq istəmir. Görüşdən belə bir nəticə aydın olub ki, ABŞ və Qərb Ermənistan iqtisadiyyatının şaxələndirilməsi prosesində yaranan hər hansı maneəni və arzuolunmaz nəticələri aradan qaldırmağa hazır olduğuna dair təminat verməyib”.

Lars yolu təhlükədədir

Ona görə də ermənilər indiki vəziyyətdən çox narahatdır. Çünki Rusiya Lars yolunu bağlasa, Ermənistanı çox böyük iqtisadi fəlakət gözləyər. Qərbsə bu halda Ermənistana alternativ variant təklif etməyib.

“ABŞ və Aİ sadəcə olaraq, Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyi ilə bağlı bütün problemləri müzakirə etməli olduqlarını bildirib. Ermənistana nəsə lazımdırsa, onlar oturub müzakirə etməyə hazırdırlar. Verəcəklər, ya verməyəcəklər, hansısa problemi həll edəcəklər, ya həll etməyəcəklər – bu, artıq başqa sualdır”- bu sətirləri məlum görüşdən sonra Ermənistanın populyar “Hraparak” nəşri yazıb.

Əcnəbilər Ermənistandan investisiyalarını geri çəkir

Ümumiyyətlə, Brüssel görüşündən sonra təkcə Ermənistanda yox, bütün dünya ermənilərində ruh düşkünlüyü yaranıb. Çünki Qərb Ermənistana yaxşı heç nə vəd etmir. Qərb hətta Ermənistana əsaslı investisiya qoymaq fikrindən çox-çox uzaqdır. Məsələn, Ermənistan baş nazirinin keçmiş müavini, Amerika Universitetinin Biznes və İqtisadiyyat Kollecinin dekanı Vaçe Qabrielyan Brüssel görüşündən sonra deyib ki, Ermənistanda heç kim yeni texnologiyalarla istehsala investisiya qoymaq fikrində deyil:

“Bəzi iri mühasibat şirkətləri artıq Ermənistanı tərk ediblər, çünki burada belə xidmətlər üçün böyük bazar yoxdur.İnvestisiya baxımından son illər heç bir dəyişiklik yoxdur. Hər halda, hətta son 10-15 ildə bizdə investisiyalar baxımından ciddi irəliləyişlər yoxdur”.

Qərb Paşinyandan LGBT icmasına qayğı tələb edib?

Paşinyanın hakim partiya üzvləri ilə görüşündən sonra Ermənistan KİV-ləri məlumat yayıblar ki, Brüssel görüşündə əsasən üçüncü-dördüncü dərəcəli məsələlər müzakirə edilib:

“LGBT icmasının maraqlarının təşviqi və mübahisəli İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı müzakirələr olub”.

Göründüyü kimi, Brüssel görüşü ümidləri doğrultmayıb. Ona görə də ermənilər ciddi təşviş içərisindədir. Ermənilər təkcə Qərbdən yox, hətta  böyük bacıları-Fransadan da ümidlərini kəsiblər.

Məsələn, ötən cümə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan videomüraciətində bildirib ki, Fransa rəhbərliyi əmin edib ki, Azərbaycanla müharibə olacağı təqdirdə Ermənistanı qoruya bilməyəcəklər:

“Mən Fransa rəhbərliyi ilə danışdım və soruşdum ki, sabah və ya haçansa, Azərbaycanla müharibə olacaqmı? Əgər bu baş versə, Qərb öz qoşunlarını göndərəcəkmi? Cavab isə “yox” idi. Onlar etiraf etdilər ki, bu gün Qərb Ermənistanı qorumaq iqtidarında deyil”.

Erməni diasporundan maraqlı çağırış

Maraqlıdır ki, Qərbin bu mövqeyi erməni diasporları arasında da kəskin fikir ayrılığı yaradıb. Məsələn, Ermənistanda Bibliya Cəmiyyətinin Ərəb körfəzi ölkələrinin baş katibi, Küveytdə yaşayan erməni Hrayr Jepejyan bildirib ki, Ermənistanla diaspor arasında çox ciddi ziddiyyətlər və qarşıdurmalar yaranıb:

“Təəssüf ki, 2018-ci ildən sonra, xüsusən də 2020-ci ildən başlayaraq Ermənistan-diaspor münasibətlərində çatlar yarandı, biz bir-birimizdən uzaqlaşdıq və bu gün də biz lazım olan yerdə deyilik”.

Jerejyan Qərbdənsə Azərbaycanla münasibət qurmağın tərəfdarı oluğunu bildirib:

“Mən başa düşürəm ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu baxımdan onun Türkiyə və Azərbaycanla münasibətləri normallaşmalıdır”.

Görünən odur ki, Ermənistan rəsmiləri də Qərbdən ümidlərini kəsiblər. Bəlkə də elə buna görə Paşinyan bu gün Qərblə danışıqlardan daha çox erməni cəmiyyətini Azərbaycanla sülhə hazırlamaqla məşğuldur. Təsadüfi deyil ki, son 20 gündə Paşinyan iki dəfə Azərbaycanla sərhəd əraziyə gəlib. Burdakı əhali ilə görüşüb. Görüşünsə məğzi Azərbaycan kəndlərinin geri qaytarılması olub.

“Azərbaycanla yaxınlıq erməniləri ruhlandırmalıdır”.

Bunu Paşinyan Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib. O bildirib ki,  məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr uzaqdadır” kəlməsini həyəcanla deməyin:

“Deyin ki, yaxşı ki, Azərbaycan 50 metr aralıdadır. Orada (Azərbaycanla sərhəd kəndlər nəzərdə tutulur) ticarətlə məşğul olacağıq, təsərrüfat yaradacağıq. Ola bilsin ki, həmin yollardan avtomobillər keçsin və Ermənistan Respublikasına ödənişlər ediləcək keçid məntəqəsi də tikilsin”.

Nəzərə alaq ki, bu Paşinyanın son 5 ildə real sülhə ilk çağırışıdır. Bu da onu göstərir ki, rəsmi İrəvan gec də olsa anlayıb ki, Ermənistanın gələcəyi və rifahı Qərbdən yox, Azərbaycan və digər qonşu dövlətlərlə mehriban qonşuluqdan keçir.

Bəs, Paşinyan iqtidarı dərk etdikləri həqiqətə çatmaq üçün nə qədər əzmkar olacaq?

Bunu artıq zaman göstərəcək…

Bizim.Media

Continue Reading

Previous: Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
Next: ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Bölmənin digər xəbərləri

Cevdet Yılmaz Ermənistana səfər edəcək
  • Dünya

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
  • Gündəm

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Xəzərdə zəlzələ olub
  • Cəmiyyət

Xəzərdə zəlzələ olub

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.