Skip to content
16 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 085)
  • Dünya (3. 265)
  • Gündəm (11. 415)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”

Xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən
Cavidan 19 Aprel, 2024

Xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq “VAZ 21011” markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən VAZ-ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb.

L.Süleymanovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai dövr müddətində Süleymanova haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən xanım məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyərək qəza törətdiyi avtomobilin sahibinin onu təhrik etdiyini deyib. L.Süleymanova bildirib ki, hadisə günü maşının yiyəsi sərxoş vəziyyətdə olub. Bu səbəbdən ondan sükan arxasına keçməsini istəyib. Onun sözlərinə əsasən, sürücülük hüququnun olmadığını desə də, avtomobilin sahibi olan Fərid (şərti) ona narahat olmamağı məsləhət bilib.

Qəzada həyatını itirən A.Məmmədovun həyat yoldaşı hüququ varis kimi tanınıb. O, təqsirləndirilən xanımı bağışlamadığını, qanunauyğun şəkildə cəzalandırılmasını istədiyini deyib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəlil, sübutlar və şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən ona törətdiyi cinayətə görə sanksiya həddində cəza təyin edilməlidir.

Hökmə əsasən, L.Süleymanova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

“Qafqazinfo”

Continue Reading

Previous: Bakı Fransız Liseyi fəaliyyətini dayandırır – EKSKLÜZİV
Next: Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə – MÜRACİƏT

Bölmənin digər xəbərləri

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM
  • Cəmiyyət

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

16 Mart, 2026
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
  • Cəmiyyət

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16 Mart, 2026

Top 7 Xəbər

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 1

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 2

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

16 Mart, 2026
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək 3

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16 Mart, 2026
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib 4

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

16 Mart, 2026
İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb 5

İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb

16 Mart, 2026
Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb 6

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

16 Mart, 2026
Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR 7

Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 085)
  • Dünya (3. 265)
  • Gündəm (11. 415)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9085) Dünya (3265) Gündəm (11415) Kateqoriyasızlar (474) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2966) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 16 Mart, 2026
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 16 Mart, 2026
  • ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək 16 Mart, 2026
  • Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib 16 Mart, 2026
  • İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb 16 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.