Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident xalqımızı TƏBRİK ETDİ
  • Gündəm
  • Siyasət

Prezident xalqımızı TƏBRİK ETDİ

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif
Cavidan 8 Aprel, 2024
1712581851_434350157_0_274_1876_1329_1920x0_80_0_0_aa60d3f84aed9bc9799cb26548b4c026

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ötən günkü imtahanının testlərinin doğru cavab etalonları
Next: MEDİA və DTX çağırış edib: Şəhid və yaralıların olması barədə saxta məlumatlar yayılıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-19 174144
  • Cəmiyyət

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Cavidan 19 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.