Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 145)
  • Gündəm (10. 940)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bu içkilərin satışına yol verilməyəcək

Cavidan 6 Aprel, 2024

Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sistemi təkmilləşdirilir.

Bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağıkeyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcək.

İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir.

Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağıkeyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaqdır.

Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Belə ki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilib.

Aparılmış təhlillərə əsasən, son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.

Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları”nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlı lisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaq şərtilə verilməsi tələbi mövcud olub.

Continue Reading

Previous: Ağdamda partlayış – ANAMA əməkdaşı yaralandı
Next: Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur – RƏSMİ

Bölmənin digər xəbərləri

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama
  • Gündəm

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
Xocalının iki kəndinə daha 25 ailə yola salındı
  • Cəmiyyət

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü
  • Cəmiyyət

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 1

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 2

ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto

26 Yanvar, 2026
“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 3

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

26 Yanvar, 2026
Xocalının iki kəndinə daha 25 ailə yola salındı 4

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 5

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026
Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub 6

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub

26 Yanvar, 2026
İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR 7

İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 145)
  • Gündəm (10. 940)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8750) Dünya (3145) Gündəm (10940) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (611) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 26 Yanvar, 2026
  • ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 26 Yanvar, 2026
  • “Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 26 Yanvar, 2026
  • Xocalının iki kəndinə daha 25 ailə yola salındı 26 Yanvar, 2026
  • Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.