Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq – ŞƏRH
  • Gündəm
  • Siyasət

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq – ŞƏRH

Cavidan 5 Aprel, 2024
pasinyan-1-630x403

ABŞ-nin ardınca Avropa Komissiyası da arzuolunmaz Brüssel görüşü ilə bağlı Azərbaycanı özlərinə məxsus şəkildə arxayın etmək üçün hərəkətə keçib. Blinkenin ardnca, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün təfərrüatlarını müzakirə edib.
Öz mövqelərini izah etməyə çalışan Fon der Lyayenin Bakı ilə məsləhətləşmələr aparması Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH

Azərbaycanın 5 aprel görüşü ilə bağlı mövqeyi isə birmənalıdır. Martın 27-də Azərbaycanın Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat yayaraq bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Prezident İlham Əliyev həm ABŞ Dövlət katibi, həm də Avropa Komissiyasının rəhbəri ilə apardığı danışıqlar zamanı öz mövqeyini qəti şəkildə bəyan edib və regional inklüzivliyin vacibliyini vurğulayıb. Dövlət başçısının qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. “Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, – o qeyd edib. Zaxarova, həmçinin vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.

Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda isə deyilir ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. “Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”, – Türkiyə XİN qeyd edib. Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”.
Görünən odur ki, bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir. Region ölkələr arasındahələlik susan yeganə ölkə İrandır. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan məhz İran idi.

Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneə törədən addımlardan çəkinməyə çağırış edilib. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli fransalı həmkarı Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edərək vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər.
Bir sözlə, Aİ-Ermənistan-ABŞ müştərək konfransının birtərəfli və qərəzli xarakter daşıdığı göz qabağındadır. Qərbin ikili standartları isə dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin oyununa getmək ölkəni yerlə-yeksan edəcək.(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Xoşbəxt yaşamaq üçün – 8 sadə MƏSLƏHƏT
Next: ABŞ universitetinə qəbul alan Mehdi təhsilhaqqını ödəyə bilmir

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.