Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
  • Cəmiyyət
  • Gündəm

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Cavidan 28 Mart, 2024
1711609189_16841305155793094266461cad3ed440 (2)

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 8-i saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=108) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da //eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış və müvafiq məlumatları “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası”nda olan şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.

Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəh., Nəsimi ray., Akademik H.Əliyev küç., 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2024-cü il aprelin 28‑də keçiriləcək. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan Cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi Esse vərəqləri paylanılır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Next: Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 155254
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.