Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Cavidan 28 Mart, 2024

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Avropaya yola düşəcək.

Bu barədə dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payett məlumat verib. Səfərin dəqiq məqsədi və tarixi açıqlanmayıb.

Səfər çərçivəsində Blinken Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. Aprelin 5-də baş tutacaq görüşdə Avropa Komissiyasının sədri Ursula von der Leyen də iştirak edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller üçtərəfli görüşdə Ermənistan-Azərbaycan məsələlərinin müzakirə olunacağını istisna etmir. ABŞ rəsmisinin sözlərinə görə, bu məsələ iclasın əsas gündəliyində deyil.

“Brüssel görüşü Ermənistanın iqtisadi dayanıqlığına diqqət yetirməlidir”, – deyə Miller vurğulayıb. O, ABŞ-ın ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə çalışdığını vurğulayıb

Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib ki, həmin görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yolları müzakirə olunacaq. “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün bu il aprelin 5-də Brüsseldə sədr fon der Leyen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında görüş planlaşdırılır. Tədbir həmçinin Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Yaxın vaxtlarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq”, – Qriqoryan deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. 

“Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb”, – açıqlamada deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Amerikanın nüfuzlu “RAND” analitik platformasında “ABŞ Azərbaycanın təhdidlərinə baxmayaraq Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz, amma kömək edə bilər” başlıqlı məqalə dərc olunub. Müəlliflər Ermənistan və Azərbaycan arasında geosiyasi vəziyyət təhlil edilir.

Məqalədə Ermənistan üçün “kirpi strategiyası” təklif edilir. Müəlliflər ABŞ administrasiyasına Ermənistana xüsusi hərbi yardım, o cümlədən qısa mənzilli hava hücumundan müdafiə sistemləri və antidron texnologiyası verməyi tövsiyə edirlər. Bundan əlavə, məqalədə Ermənistanın təhlükəsizlik aparatında institusional bacarıqların yaradılmasının və qeyri-qanuni texnologiya transferlərinin qarşısını almaq üçün Qərbin ixrac nəzarətinə riayət edilməsinin vacibliyi müzakirə olunur. 

Continue Reading

Previous: Bu il Qədr gecələri nə vaxta düşür? – TƏQVİM
Next: Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bölmənin digər xəbərləri

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
I sinfə qəbul başlayır
  • Gündəm

I sinfə qəbul başlayır

30 Aprel, 2026

Top 7 Xəbər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 1

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 2

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 3

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb 4

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 5

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 6

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026
I sinfə qəbul başlayır 7

I sinfə qəbul başlayır

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9341) Dünya (3347) Gündəm (11693) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 30 Aprel, 2026
  • Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 30 Aprel, 2026
  • Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 30 Aprel, 2026
  • “İqlim haqqında” qanun layihəsi hazırlanıb 30 Aprel, 2026
  • Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.