Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
  • Gündəm
  • Siyasət

Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”

Cavidan 26 Mart, 2024
1711439042_photo_5192917951571943527_y

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir.

“Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin “Qlobal Şimal” və “Qlobal Cənub” arasında anlaşma və həmrəylik yaratmağa çalışır”,- Prezident köməkçisi söyləyib.

H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir:

“Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi gündəmini inkişaf etdirməyə çalışacaq”.

Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, H.Hacıyev bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:

“Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik. Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa açığıq”.

Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır:

“COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin etmək istəyir.

Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ərdoğanın mayda ABŞ-yə səfəri gözlənilir
Next: Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT   

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 145229
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 142048
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.