Skip to content
23 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 490)
  • Dünya (3. 378)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Diş ağrısı ilə yatıb 32 il sonra oyandı

Cavidan 25 Mart, 2024

1862-ci ildə İsveçin Oknö bölgəsində 5 uşaqlı bir ailənin tək qızı olaraq dünyaya gələn Karolina Olsson başına gələn qeyri-adi hadisə ilə adını tibb tarixinə yaza bilir.

Addim.az xəbər verir ki, o, 14 yaşı olarkən diş ağrısı ilə yuxuya gedir. Bu yuxu düz 32 il sürür. 
Belə ki, bir gün Karolina məktəbdən qayıdarkən yıxılaraq başı yerə dəyir. Evə gəlib vəziyyəti ailəsinə danışdıqdan sonra valideynlərinin müdaxiləsi ilə qısa müddətdə onun heç bir ağrısı qalmır. Növbəti gün isə o dərsdən şiddətli diş ağrısı və üzü şişmiş halda evə gəlir. Bu dəfə ailəsi qızına yatıb dincəlməyi məsləhət görür.

Balaca Karolina yatmağa gedir və 32 il həmin yataqdan qalxa bilmir. 

Günlər və aylar bir-birini əvəzləyir, ailəsi qızlarına nə olduğunu anlaya bilmir. Düz 6 il sonra valideynləri Karolinanı həkimə aparmaq qərarına gəlir. Karolinanın vəziyyəti yuxu pozğunluğu ilə bağlı aparılan bütün araşdırmalara zidd idi. Həkimlərin fikrincə, Karolina demensiya ilə əlaqəli insult keçirə bilərdi. Ancaq bunu heç vaxt sübut edə bilmədilər.

Karolinanın ailəsi artıq bu vəziyyəti qəbul edir. Anası hər gecə yatarkən qızına süd verməyə davam edirdi.

Maraqlıdır ki, Karolina verilən heç bir  yeməyi yeyə bilməsə də, bədəni şəkərli südü qəbul edirdi. Yatsa da arıqlamırdı, üstəlik, dırnaqları, saçları uzanmırdı. O, illərdir yatsa da, zehni kifayət qədər aktiv idi. Müşahidələrə görə, Karolina ətrafındakı hadisələrə kiçik mimikalarla reaksiya verirdi. Eynən qardaşının ölümündən sonra günlərlə gözlərindən axan yaşlar kimi.

Qızı yatarkən 29 il ona baxan Karolinanın anası dünyasını dəyişir. Karolinaya baxacaq heç kim qalmadıqda ailəsi onun üçün qulluqçu tutur. Xidmətçi qadın bütün ehtiyaclarını tam yerinə yetirir və anasının qoyduğu nizamı davam etdirir. Anasının ölümündən cəmi 3 il sonra Karolinanın vəziyyətində inanılmaz dəyişiklik baş verir.

Belə ki, 1908-ci ildə Karolina 32 illik yuxusundan oyanır, lakin o, heç nə xatırlaya bilmir. 

Karolinanın oyandığını öyrənən həkimlər onun yanına gələrək bir sıra analizlər aparırlar. Testlər Karolinanın arıqlamadığını və real yaşından çox gənc davrandığını, illərin ona çox da təsir etmədiyini göstərir.

İtirilmiş illərə baxmayaraq, 42 il sağlam yaşayır. O, 1950-ci ildə 88 yaşında vəfat edir. 

Karolinanın bənzərsiz hekayəsi onu “Oknönün yatan gözəli” edir. Bütün araşdırmalara baxmayar bu yuxunun səbəbi məlum olmur. Bu hadisə tibb tarixinə “Karolina Olsson virusu” kimi düşdü.

Continue Reading

Previous: 9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ
Next: Sabah da yağış yağacaq

Bölmənin digər xəbərləri

Bazar günü 28 dərəcə isti olacaq
  • Cəmiyyət

Bazar günü 28 dərəcə isti olacaq

23 May, 2026
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Cəmiyyət

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
  • Cəmiyyət

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026

Top 7 Xəbər

Bazar günü 28 dərəcə isti olacaq 1

Bazar günü 28 dərəcə isti olacaq

23 May, 2026
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var 2

Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var

23 May, 2026
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 3

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 4

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 5

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 6

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 7

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 490)
  • Dünya (3. 378)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9490) Dünya (3378) Gündəm (11792) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bazar günü 28 dərəcə isti olacaq 23 May, 2026
  • Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var 23 May, 2026
  • May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 23 May, 2026
  • Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 23 May, 2026
  • Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.