Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 460)
  • Dünya (3. 045)
  • Gündəm (10. 582)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

600 minlik yeyinti edən baş həkim – “Bunu təkbaşına görməmişəm”

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət
Cavidan 4 Dekabr, 2021

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

30 ilə yaxın xəstəxanada baş həkim olan Rəsul Baxşəliyev bir sıra şəxsləri kağız üzərində bağban, tibb bacısı, sanitar, həkim kimi işə götürərək onlar üçün ayrılan maaşları mənimsəyib. 1992-2021-ci illərdə xəstəxananın baş həkimi olmuş Baxşəliyevin adını rəsmiləşdirdiyi şəxslər arasında öz qızı Sitarə Baxşəliyeva da olub. O, qeydiyyatçı kimi işə götürülsə də, heç vaxt işə gəlməyib. Amma maaş kartına aylıq 270 manat pul köçüb.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb.

Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.

85 yaşlı baş həkim Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Bu məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən bu işi təkbaşına görməmişəm”.

Baxşəliyev istintaqdakı ifadəsində isə deyib ki, müavini İbrahimova hər ay kartlardan pulları çıxararaq ona verirdi: “Həmin vəsaitləri sonra öz aramızda bölürdük. Zinyət İbrahimova hər ay maaş kartlarından 2000 manat çıxarıb mənə verirdi. Bunun içində 400 manat öz maaşım idi. Adları işçi kimi rəsmiləşdirilmiş şəxslərə iş stajı yazılırdı deyə bununla razılaşmışdılar. Əməlimdən peşmanam”.

Qeyd edək ki, baş həkim istintaq dövründə vurulan ziyanın 263 min manatını ödəyib. Həm R. Baxşəliyev, həm də müavini Z.İbrahimova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur.

Məhkəmə araşdırmaları davam edir.

Continue Reading

Previous: Sabahkı hava narahatlıq hissi yarada bilər
Next: Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi

Bölmənin digər xəbərləri

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib
  • Cəmiyyət

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
  • Cəmiyyət

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib
  • Cəmiyyət

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025

Top 7 Xəbər

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 1

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 2

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 3

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 4

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 5

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 6

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 7

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 460)
  • Dünya (3. 045)
  • Gündəm (10. 582)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8460) Dünya (3045) Gündəm (10582) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 9 Dekabr, 2025
  • Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 9 Dekabr, 2025
  • İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 9 Dekabr, 2025
  • Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 9 Dekabr, 2025
  • Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.