Skip to content
2 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət
Cavidan 22 Mart, 2024

Azərbaycan bu gün özünün uğurlu diplomatik gedişləri ilə dostlarının sayını artırır, bir çox dövlətlərlə münasibətlərini gücləndirir. Təsadüfi deyil ki, 30 il ərzində Qarabağ münaqişəsinin həllinə kömək etməyən, əksinə prosesi uzatmağa çalışan keçmiş Minsk qrupunun iki həmsədri – Rusiya və ABŞ ilə Azərbaycanın kifayət qədər normal münasibətləri var. Çünki hər iki dövlət rəsmi Bakının yaratdığı yeni reallıqları qəbul edir. Bundan fərqli olaraq, müxtəlif sahələrdə həm Rusiyadan, həm də ABŞ-dən geridə olan digər keçmiş həmsədr dövlət Fransa isə nəinki rəsmi Bakının maraqlarını görməzdən gəlir, həm də zaman-zaman ona qarşı qərəzli mövqe sərgiləyir.

Yelisey sarayı hər fürsətdə ermənipərəst mövqeyini və Azərbaycana qarşı qərəzini ortaya qoyur. Məsələn, Fransanın Baş naziri Qabriel Attal martın 20-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində növbəti dəfə absurd və qərəzli fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan qoşunlarını Ermənistanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Onun sözlərinə görə, İrəvana müstəqilliyini, demokratiyanı, suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün kömək etmək lazımdır.

Azərbaycan Xarici İşlər Nazirliyi martın 21-də rəsmi Parisə cavab verib. Bəyanatda rəsmi Bakı Fransanı öz tarixindən dərs çıxarmağa, daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb.

Öncə onu deyək ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Rəsmi Bakının kimsənin torpaqlarında gözü yoxdur. Prezident İlham Əliyev də bunu dəfələrlə bildirib. Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edib. Bütün dünya, o cümlədən Ermənistan baş naziri Nikol Paşinyan belə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Rəsmi Paris isə bunları görməzdən gəlir. Bu, Azərbaycana qarşı qərəzin təzahürü olmaqla yanaşı, həm də beynəlxalq hüquqa hörmətsizlik, laqeydlikdir. Hərçənd Yelisey sarayı ona sərf edəndə beynəlxalq hüquq “bayrağını” qaldırır. Bu da o deməkdir ki, mövcud Fransa hakimiyyəti ikili standartlarla hərəkət edir.

İkincisi, rəsmi Parisin neokolonializm siyasəti çoxlarına məlumdur. Fransa uzun müddətdir ki, ayrı-ayrı Afrika ölkələrini əsarətdə saxlayıb, onların təbii sərvətlərini mənimsəyib. Özü də bütün dünyanın gözü qarşısında. Məsələn, Sakit okeanın cənub-qərb hissəsində yerləşən Yeni Kaledoniya 1853-cü ildən Fransanın işğalı altındadır. Bu ada dövləti illərdir ki, müstəqillik uğrunda mübarizə aparır.

Göründüyü kimi, bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına baxmayaraq, Fransa neokolonializm siyasətini davam etdirir. Bu utancverici səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir.

Beləliklə, Prezident Emmanuel Makron hökuməti öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarır.

Bundan başqa, Qarabağ Azərbaycanın daxili məsələsidir. Fransa Qarabağla bağlı bəyanatlar səsləndirməklə Azərbaycanın daxili işlərinə qarışır. Bu isə yalnız Azərbaycanın ərazi bütövlüyünə, həm də beynəlxalq hüquqa hörmətsizlikdir.

Başqa bir məqam ondan ibarətdir ki, Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biridir. Məlum olduğu kimi, BMT TŞ keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələr vaxtı ilə icra olunsa idi, nə İkinci Qarabağ müharibəsinə, nə də antiterror tədbirlərinə ehtiyac qalardı. Amma BMT TŞ-nin digər daimi üzvləri kimi, Paris də sözügedən qətnamələrin icrasına kömək etmədi. Beləliklə, Azərbaycan torpaqları həmin qətnamələrin tələbinə zidd şəkildə uzun illər işğal altında qaldı.

Rəsmi Bakının Fransaya cavab bəyanatında göstərildiyi kimi, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Bununla bağlı Azərbaycanla Ermənistan arasında müntəzəm danışıqlar gedir. Amma Fransa bu məsələyə də səssiz yanaşır.

Hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

Rəsmi Paris başa düşməlidir ki, hazırkı siyasəti ilə regionla bağlı heç bir məqsədinə çata bilməyəcək. Çünki bu aqressiv, riyakar ritorika Cənubi Qafqazın əsas siyasi aktoru olan rəsmi Bakı ilə münasibətlərdə ziddiyyətlər yaradır. Bu isə Makron hökumətinin regionla bağlı planlarının üstündən xətt çəkir.

“Report” İnformasiya Agentliyi

Continue Reading

Previous: Məişətdə yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə – Müraciət
Next: Dmitri Peskov: De-fakto müharibə şəraitindəyik

Bölmənin digər xəbərləri

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
  • Cəmiyyət

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
  • Cəmiyyət

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
  • Cəmiyyət

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026

Top 7 Xəbər

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 2

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 3

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 4

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 5

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 6

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 7

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9357) Dünya (3347) Gündəm (11698) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1 May, 2026
  • Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 1 May, 2026
  • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 1 May, 2026
  • Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 1 May, 2026
  • Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.