Skip to content
3 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Yeni doğulan qız uşaqlarına niyə bu adlar qoyulur: Yetər, Bəsti, Kifayət…

Azərbaycanda doğulan uşaqlara cinsə görə fərq qoyulması halları həmişə olub, indi də var. Bir çox ailələrdə belə bir
Cavidan 26 Fevral, 2024

Azərbaycanda doğulan uşaqlara cinsə görə fərq qoyulması halları həmişə olub, indi də var. Bir çox ailələrdə belə bir tendensiya hökm sürür: ilk dünyaya gələn uşaq mütləq oğlan olsun, sonra qız da doğula bilər.

Təsadüfi deyil ki, ailələrdə oğlan uşaqlarının üstün tutulması bir çox hallarda hamiləliyin süni şəkildə pozulmasına gətirib çıxarır. Yəni ailədə əsasən kişinin, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi halları yaşanıb, yaşanmaqdadır. Məhz bu səbəbdən BMT-nin Əhali Fondu Azərbaycan Respublikasını cins nisbətinin pozulduğu ölkələr siyasına daxil edib.

Dövlət Ststistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 180 770 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumata görə, son 1 ildə doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib.

Müşahidələr göstərir ki, Azərbaycanda qız uşağı istəməyən ailərdə ya aborta əl atırlar, ya da Allaha əl açırlar.

Keçmiş zamanlarda qız uşağı doğulanda, onlara belə adlar qoyulurdu: Yetər, Qızyetər, Tamam, Qıztamam, Qızbəs, Kifayət, Bəsti, Qızqayıt və s.

Yəni qız uşaqlarına bu adları verən valideynlər dolayısı ilə Allahdan oğan istəyir, arzu edirdilər ki, bir, iki qız bəsdir, kifayətdir…

Bu tendensiya indi də davam edir.

Belə ki, Ədliyyə Nazirliyindən adlarla bağlı əldə etdiyimiz statistika da bunu təsdiqləyir.

Rəsmi statistikaya görə, son 5 ildə yeni doğulan 14 qız uşağına Tamam adı qoyulub.

Dünyaya yeni gələn 55 körpə qız isə valideynləri tərəfindən Bəsti adlandırılıb.

Son 5 ildə yeni doğulan 13 qız uşağına Yetər adı verilib.

Doğum haqqında şəhadətnaməsinə Kifayət adı yazılan körpələrin sayı isə daha çoxdur – 57 nəfər.

Qızyetər, Qızbəs, Qıztamam adları isə görünür daha köhnə olduğundan və müasir dövrlə uzlaşmadığından onlardan istifadə olunmayıb.(Modern)

Continue Reading

Previous: Hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi
Next: DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət edib

Bölmənin digər xəbərləri

Cevdet Yılmaz Ermənistana səfər edəcək
  • Dünya

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
  • Gündəm

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Xəzərdə zəlzələ olub
  • Cəmiyyət

Xəzərdə zəlzələ olub

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.