Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Növbəti Bayden-Tramp döyüşü, yoxsa… – “Hələ tezdir”
  • Cəmiyyət
  • Gündəm

Növbəti Bayden-Tramp döyüşü, yoxsa… – “Hələ tezdir”

ABŞ-da prezidentlik yarışı geniş vüsət alır. Bütün dünya tərəfdarların və ya siyasi partiya üzvlərinin görüşlərinin necə keçirildiyini izləyir.
Cavidan 6 Fevral, 2024
1707189504_image_750x_65c0c500e7838

ABŞ-da prezidentlik yarışı geniş vüsət alır. Bütün dünya tərəfdarların və ya siyasi partiya üzvlərinin görüşlərinin necə keçirildiyini izləyir. ABŞ-da və xaricdə mühüm məsələlərlə bağlı namizədlərin bəyanatlarını dinləyir.

Bəzi ştatların ABŞ-ın keçmiş Prezidenti Donald Trampın öz ərazisində respublikaçıların partiyadaxili seçkilərində (praymerizində) iştirakını qanuni olaraq qadağan etməsinə baxmayaraq, o, hazırda Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd sayılır. Onun demokratlardan rəqibi hazırkı ABŞ Prezidenti Co Baydendir.

“Amerika Araşdırmaları İnstitutu”nun rəhbəri və “İnternyus-Ukrayna”nın analitiki Vladislav Faraponov UNİAN-a seçkilərlə bağlı proqnozlarını bölüşüb.

Analitik qeyd edib ki, payızda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədinin şansları daha yüksəkdir: “Noyabrda keçiriləcək prezident seçkilərindən danışırıqsa, əslində nəticələr, hətta sorğuların nəticələri haqqında danışmaq hələ çox tezdir. Ən azı yayda, bəlkə də avqust-sentyabr aylarında sorğuların nəticələrinə ciddi baxmaq mümkün olacaq. Qarşıda xeyli zaman var və proseslərin gedişatında dəyişikliklər ola bilər. Amma güman ki, növbəti Bayden-Tramp döyüşünün şahidi olacağıq”.

“Trampın rəqibləri üçün – həm partiya daxilində, həm də ümumi seçkilərdə ən vacib məqam onun mənfi hüquqi izinin olmasıdır. Yəni ki, bəzi ştatlarda praymerizdə bülletendə olmaq nöqteyi-nəzərindən qeyri-legitimlik təsdiqlənərsə, Tramp faktiki olaraq hələ də bu seçkidən kənarlaşdırıla bilər. Müvafiq olaraq, əgər ştatlar onun ilkin seçkilərdə iştirak edə bilməyəcəyinə qərar verərsə, ümumi seçkilərdə namizəd ola bilməyəcək. Amma bunu indidən demək tezdir”, – deyə V.Faraponov əlavə edib.

Onun sözlərinə görə, indidən Trampın mütləq qalib gələcəyini, Baydenin mütləq qələbə qazanacağını, yaxud Nikki Heylinin ABŞ Prezidenti olub-olmayacağını deməyə əsas yoxdur: “İyun-iyul aylarına kimi partiyalardan irəli sürülən namizədlərər, partiyaların kimə üstünlük verəcəyinə, kimin namizəd olacağına və s. baxmaq lazımdır”.(Ayna)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 365 gün əvvəl, saat 04:17… – Görüntülər
Next: Bakıda qazanxanada partlayış baş verib, 10-dan çox avtomobilə ziyan dəyib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.