Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • 365 gün əvvəl, saat 04:17… – Görüntülər
  • Cəmiyyət
  • Gündəm

365 gün əvvəl, saat 04:17… – Görüntülər

[center][medium]https://www.xeberler.org/uploads/posts/2024-02/1707193931_1180689.jpg[/medium][/center]Türkiyədə baş verən 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il
Cavidan 6 Fevral, 2024
1180689

[center][medium]https://www.xeberler.org/uploads/posts/2024-02/1707193931_1180689.jpg[/medium][/center]
Türkiyədə baş verən 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür. Türkiyənin Kahramanmaraş, Adıyaman, Hatay, Malatya, Qaziantep, Adana, Kilis, Osmaniye, Diyarbəkir, Şanlıurfa, Elazığ rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, 50 mindən çox insan həyatını itirdi.

Həmin gecəki hadisə barədə geniş məlumatı təqdim edirik:

Əsrin fəlakəti olaraq qəbul edilən iki zəlzələ 11 əyalətə və 14 milyon çox əhaliyə təsir etdi. 

Zaman dayanmışdı, amma dəhşət davam edirdi…

Saat 04:17 – ilk zəlzələ… Cəmi 9 saat sonra isə daha bir 7,6 bal gücündə mərkəzi Elbistan olan zəlzələ baş verdi.

500 atom bombası gücündəki zəlzələlər 120 min kvadrat kilometr ərazidə təsirli oldu. Başqa sözlə, dağıntı dünyanın 90 ölkəsindən böyük arealı əhatə etdi. 

Təpələr birləşdi, kəndlər ikiyə bölündü…

Yeraltı təkanlar o qədər güclü oldu ki, evlər, obyektlər, yollar, kəndlər dağıldı, daha əvvəl heç vaxt şahidi olunmayan görüntülər ortaya çıxdı. Belə ki, Hatayda 400 metr uzunluğunda nəhəng çat yarandı. Qaziantepdə iki təpə birləşdi, Nurdağı Gökçedere kəndi isə ikiyə bölündü. Kahramanmaraşın Çiğli kəndi 6 metr yarım, Değirmenkaya kəndi isə 6 metr sürüşərək yerini dəyişdi.

Ümumilikdə 105 saniyə ərzində davam edən zəlzələdə 53 min 537 nəfər həyatını itirdi, 107 min nəfər isə yaralandı. 

Təxminən 40 min bina dağıldı, 200 mindən çox binaya ciddi ziyan dəydi, şəhərlər isə daş qalaqlarına çevrildi.  Bu qalaqların altında qalanlar üçün zamanla yarış başladı…

Axtarış-xilasetmə qrupları – AFAD, UMKE, əsgərlər, jandarma, polis, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü bölgəyə səfərbər oldu. Beynəlxalq yardımın daxil olduğu 4-cü səviyyəli xəbərdarlıqdan sonra 90 ölkədən axtarış-xilasetmə qrupları –  200 mindən çox personal zəlzələ bölgəsinə yollandı.

Nəticədə 1 yaş yarım Sela, 6 aylıq Yiğit, İnci, Asya, Masal… Zəlzələnin 11-ci günü dağıntılar altından çıxarılan Aleyna Ölməz…

Zəlzələdən dərhal sonra fəlakət qurbanları üçün müvəqqəti sığınacaqlar və konteynerlər yaradıldı. Belə ki, 645 min çadır 2,5 milyon insanın evinə çevrildi. 80 gün sonra isə zəlzələdən zərərçəkənlər yeni tikilmiş kənd evlərində məskunlaşdılar.(Qafqazinfo)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Orta aylıq pensiyanın məbləği bu qədər ola bilər
Next: Növbəti Bayden-Tramp döyüşü, yoxsa… – “Hələ tezdir”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.