Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa…
  • Kateqoriyasızlar

Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa…

Azərbaycana qarşı sanki xüsusi tapşırıqla hər yerdən hücumlar edilir: proses yalnız beynəlxalq təşkilatlar, yəni son hadisələr fonunda AŞPA,
Cavidan 1 Fevral, 2024

Azərbaycana qarşı sanki xüsusi tapşırıqla hər yerdən hücumlar edilir: proses yalnız beynəlxalq təşkilatlar, yəni son hadisələr fonunda AŞPA, yaxud bundan öncə AP, ABŞ və Fransa parlamentlərinin “aşağı-yuxarı” palataları deyil, qeyri-hökumət təşkilatları, qeyri-dövlət turist kampaniyaları, ayrı-ayrı media mənsubları – təkcə məqalələrində yox, həm də sosial şəbəkələrdəki səhifələrində – və həm də donorluq edən qurumlar vasitəsilə aparılır.

Ötən gün “korrupsiya indeksi” ilə ölkəmizi az qala “dözülməz investisiya mühiti” cərgəsinə salanlara bu gün “təhlükəsiz ölkə” və “təhlükəsiz şəhər” “reytinqlərindən” dəstək gəlir.

Bu siyahılar, əlbəttə ki, böyük mənada yalan deyil, sadəcə, həqiqətin “bir hissəsidir”. Yəni siyahılar hazırlanarkən ədalətli görünmək üçün hər şey edilir, ancaq “ən gözəgəlimli yerlərə” Qərbin maraqlarının ifadəçisi olan ölkələr səliqə-sahmanla yerləşdirilir.

Yeni siyahıya baxaq: “ən təhlükəsiz ölkələr” reytinqində Ermənistan 7-də, Azərbaycan 33-də, “ən təhlükəsiz şəhərlər” reytinqində İrəvan 13-də, Bakı 70-dədir.

Bəs, axı Ermənistanda müharibə təhlükəsi vardı, Azərbaycan Ordusu Ermənistanın nəfəsini kəsmişdi, ərazisinə girmişdi, erməni xalqı üçün təhdidlər yaradırdı; bəs, axı biz Ermənistanı bir dövlət kimi ləğv etməyi hədəfləmişik və buna görə AB-də Borrellin süpürgəçisi də bizə barmaq silkələyir; bəs, Azərbaycan Ordusu tətikdədir, Ermənistana girmək üçün fürsət gözləyir… Noldu, “təhlükəsiz ölkə” sıralamasında Ermənistan 7-ci, İrəvan 13-ə qalxası oldu?

Çünki turist təşviqi məsələsi var; çünki turisləri məhz Ermənistana və Gürcüstana göndərmək istəyirlər – ona görə Ermənistanı (7) hətta Gürcüstandan (19), İrəvanı (13) Tiflisdən (32) də qabağa keçirirlər; çünki Gürcüstan onsuz da yolunu bəlli edib, indi əsas məsələ Ermənistandır.

Azərbaycanın siyasi təzyiqlər vasitəsilə geri çəkilmədiyini görüb, iqtisadi zərərvurma kampaniyası aparırlar: hətta bir turisti belə ölkəmizə gəlməkdən yayındırıb, Ermənistana göndərmək uğrunda yarışırlar.

Ermənistanın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları necə dəldiyini Avropa mediası az öncə özü manşetinə daşımışdı. Hamısı statistikada əks olunub: Ermənistanın Rusiyaya ixracı Ukraynada müharibə başlayandan bəri 4 dəfə (!) artıb və həm də necə: Ermənistan Rusiyaya xarici avtomobillərin ehtiyat hissələrindən tutmuş çiplərə qədər “göndərir”. Guya Avropada bilmirlərmi ki, Ermənistanda “Mersedes” qapısı (məsələn) istehsal edilmir?

Yaxşı bilir və görürlər! Onu da bilirlər ki, Ermənistan tarixində ilk dəfə olaraq nəinki Rusiya, hətta digər Aİİ ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alındı 2023-cü ildə. Bütün enerji strukturları Rusiyanın əlində olduğu, qaz tamamilə Rusiyadan idxal edildiyi halda Ermənistanın Rusiyaya ixrac-idxal əməliyyatlarında müsbət saldo əldə etməsinin səbəbi ərik ixracı deyil – bunu da bilirlər.

Ancaq Ermənistana “dur” demirlər, göz yumurlar – nəticədə bu ölkədə iqtisadi artım heç bir əsaslı səbəb olmadan 12,6%-ə çatır – builki artım da ən azı 7,5% olacaq. Bura qrantları, külli miqdarda yardımları və s. daxil etmirik.

Ermənistan AB missiyasını sərhədinə buraxıb, AB-nin siyasi lideri Fransanın bütün göstərişlərini can-başla icra edir – buna görə bütün rəsmi, qeyri-rəsmi “reytinqlərdə” yuxarı çəkilir; o qədər ki, 2023-cü ilin nəticələrinə görə, Ermənistana turist cəlbində də uduzduq. Bu balaca, qorxulu, hətta bir çox məqamda ABŞ və AB ölkələrinin öz vətəndaşlarını “getməmək” çağırışı etdikləri Ermənistan turizm qazancında bizim statistikanı keçdi.

Paralel olaraq: xaricdəki “siyasi mühacirlərin” Yutub platformasından Azərbaycan hakimiyyətinə qarşı çıxışları sərtləşib, təhqirlərin sayı artıb. Açıq kontekstə keçiblər, İlham Əliyevə səs verməməyə çağırırlar.

Az öncə Avropada “Azərbaycanlı siyasi mühacirlərin koordinasiya mərkəzi” adlı təşkilatın da məhz indi qondarılması təsadüf deyil. Görünür, Avropanın bəzi donor təşkilatları Azərbaycandakı seçki ərəfəsində kisələrinin ağzını açıblar. Həm iqtisadi təzyiq, həm də təbliğatla İlham Əliyevin səslərinə əl uzatmaq istəyirlər.

Əlbəttə, İlham Əliyevin seçilməyəcəyini özləri də düşünmürlər. Sadəcə, səsindən bir faiz də olsa, oğurlamağa çalışırlar.

Əsas hədəf İlham Əliyevin 80%-in altında səs almasına nail olmaqdır. Bir daha yada salaq ki, hələ 2021-ci ildə Avropadakı erməni diasporu AB, AŞ, AŞPA və s. təşkilatlarda keçirdiyi görüşlərin nəticələrini etiraf etmişdi, onlara demişdilər ki, İlham Əliyevin reytinqinin 97-98% olduğu bir vaxtda ona təsir etmək mümkün deyil, çalışın, bu reytinqi bacardıqca aşağı salın ki, təzyiq edə bilək.

İlham Əliyevin reytinqini “təzyiq üçün əlçatan rəqəmə” salmaq yarışı gedir.

Bəs, 7 fevraldan sonra nə olacaq?

Artıq şantajlara başlanılıb: açıq şəkildə “saxtalaşdırılacaq” ifadəsini dilə gətirməsələr də, eyhamlar edilir. Böyük ehtimalla, bu həyasızlığı da müşahidə edəcəyik.

İnanıram ki, qalib lider bu təzyiqlərin öhdəsindən necə gələcəyini yaxşı bilir, əks halda, seçkiləri 1 il 2 ay qabağa çəkməzdi. Xalqın tam dəstəyini əldə edəndən sonra ciddi struktur dəyişikliklərinə gediləcəyi ehtimalı bu informasiyalar fonunda getdikcə artır.

Ehtimal ki, antiazərbaycan qüvvələr də bunu təxmin edirlər və erməni diasporunun təsiri altında olan siyasi və maliyyə mərkəzləri bu “təhlükəni” də qabaqlamaq istəyir.(Axar)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İzzət Bağırov Almaxanımın toyunu niyə tez tərk edib?
Next: Konstitusiyamızda hansı maddə İrəvanı narahat edir?

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 143436
  • Kateqoriyasızlar

Kəlbəcərdə mina partlayışı olub

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-04 083132
  • Kateqoriyasızlar

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 091200
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 728)
  • Dünya (3. 453)
  • Gündəm (11. 946)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur Screenshot 2026-07-13 111332 1
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

13 İyul, 2026
Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb Screenshot 2026-07-13 101148 2
  • Cəmiyyət

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

13 İyul, 2026
Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb Screenshot 2026-07-13 094032 3
  • Siyasət

Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb

13 İyul, 2026
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək Screenshot 2026-07-13 091335 4
  • Siyasət

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

13 İyul, 2026
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 5
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9728) Dünya (3453) Gündəm (11946) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.