Əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapır.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib.
“Əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısı alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq”, – sədr bildirib.