Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Britaniya şirkətindən “Xarxar” yatağı ilə bağlı etiraf
  • Cəmiyyət
  • Gündəm

Britaniya şirkətindən “Xarxar” yatağı ilə bağlı etiraf

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında
Cavidan 27 Yanvar, 2024
qizilbulaq-yataq

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib.

Qazma nəticələri Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq “Xarxar” yatağının gələcək mineral ehtiyatlarının qiymətləndirilməsinin bir hissəsini təşkil edəcək.

Xatırladaq ki, adıçəkilən yataqda 2022-ci ilin iyulunda mis minerallaşmasının mərkəzi zonasını əhatə edən geniş kəşfiyyat proqramına başlanılıb.

JORC-un “Xarxar” yatağının mineral ehtiyatları ilə bağlı hesabatı hazırlanma mərhələsindədir və bu, 2024-cü ilin mart ayının sonunadək açıqlanacaq. Ötən ilin sentyabrında “Mining Plus UK” şirkətinin geoloji sahə ilə bağlı müstəqil məsləhətçiləri yatağa baş çəkiblər.

Qiymətləndirmənin nəticələri dərc edildikdən sonra əlavə sıxlaşdırıcı və genişləndirici qazma işlərinin həyata keçirilməsi, həmçinin metallurgiya sınaq proqramı və geometallurgiya modelləşdirməsi planlaşdırılır. Bundan başqa, şaxtanın layihəsi və hasilat planı daxil olmaqla, mədənçıxarma sahəsinə dair araşdırma hazırlanacaq.

Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. “Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət “Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Lars yolunda 2 min maşın gözləyir
Next: “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılır

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-30 115604
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 110846
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 102536
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 662)
  • Dünya (3. 429)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 1
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq Screenshot 2026-06-30 110846 2
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

30 İyun, 2026
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır Screenshot 2026-06-30 102536 3
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

30 İyun, 2026
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər Screenshot 2026-06-30 093530 4
  • Dünya

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

30 İyun, 2026
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb Screenshot 2026-06-30 090132 5
  • Dünya

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9662) Dünya (3429) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.