Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Günün qoroskopu: səhvlərinizdən nəticə çıxarın
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: səhvlərinizdən nəticə çıxarın

Qoç – uğurlarınız paxıllıq və həsəd doğura bilər. Bu isə sizi narahat edəcək. Adi günlərdən fərqli olaraq daha
Cavidan 26 Yanvar, 2024
horoscope_4

Qoç – uğurlarınız paxıllıq və həsəd doğura bilər. Bu isə sizi narahat edəcək. Adi günlərdən fərqli olaraq daha çox çalşımalı olacaqsınız. Xeyli əvvəl başladığınız və qüvvə sərf etdiyiniz işlərdən sizi kənarlaşdıra bilərlər. O işi özəlləşdirməyə can atmayın.

Günün ikinci yarısında nikbin olsanız, həmkar və tərəfdaş tapacaqsınız.

Şəxsi münasibətlərdə sizi xoş anlar gözləyir. Yaxınlarınız sizə yardım və dəstək verəcəklər. Sevdiyiniz insan sizi anlamağa çalışır. Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.

Buğa – qəti qərar verməzdən əvvəl yaxşıca düşünüb-daşının. Situasiyanın üstün və zəif məqamlarını araşdırın. Şansınızdan yararlanın. Bu gün görəcəyiniz bəzi işlərin faydası olmayacaq, önəmli nəticələr verməyəcək.

İtən əşyalardan biri tapılacaq.

Günün ikinci yarısında səbrli, təmkinli olun. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Dəyər verdiyiniz insanlarla təmaslarınızın səmimi olmasına çalışın. Özünüzdən bədgüman olmayın.

Əkizlər – maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. Situasiyanın sizdən asılı olan məqamlarını müəyyənləşdirin və hərəkətə keçin. Köhnə borclardan birinin qaytarılması, yaxud da gəlirlərin artırılması istisna deyil. Addımlarınızla qərarlarınız yaxın ətrafınızdakı insanlarda narazılıq, şübhə yaratmamalıdır.

Günün ikinci yarısında emosional problemlərdən yayına bilməyəcəksiniz.

Dostlar və tanışlarla ünsiyyət üçün pis zaman deyil. Başqaları barədə təşəxxüslə, aşağılayıcı formada danışmayın. İradlarla suçlamaların sayını azaldın. Əks təqdirdə inciklik uzun zaman unudulmayacaq. Səhhətinizə fikir verin.

Xərçəng – istedad və bacarıqlarınızı nümayiş etdirməyiniz üçün yaxşı zamandır. Nailiyyətləriniz asılı olduğunuz insanların diqqətindən yayınmayacaq. Əldə etməyə çalışdığınız məlumatların səhih olmasına çalışın. İnformasiyaların əksəriyyəti mənasız və məntiqsizdir.

Günün ikinci yarısında ən yaxın saydığınız, tam etibar etdiyiniz şəxslərdən birindən zərbə alacaqsınız. Həmin adam pisliyinizi istəmir. Fəqət, əməl bu səbəbdən neqativliyini itirmir.

Axşam saatlarındakı görüş uğursuzluqla bitə bilər.

Şir – maliyyə və daşınmaz əmlak məsələləri ilə bağlı fəaliyyətdə irəliləyişlər olacaq. Sizdən borc istəyəcəklər. Pulunuzun qədrini bilin.

Kreditlərlə bağlı şirnikləndirici vədlərə aldanmayın.

Günün ikinci yarısında durum yetərincə sakitdir. Kənar təsirlərə uymayın, seçdiyiniz istiqamətdə irəliləməyə davam edin. Hisslərə qapılmayın. Axşam saatlarını özünüzə həsr edin.

Qız – situasiyanın qəfil dəyişməsi sizi yeni maliyyə mənbələrinin axtarışına vadar edə bilər. Hətta “qara gün” üçün saxladığınız pullara da zərurət duyacaqsınız. Yetərincə ambisioz, amma maraqlı layihədə iş təklifi alacaqsınız. Tələsməyin. Bütün qərarları yaxşıca düşünmək gərəkdir.

Günün ikinci yarısında şəxsi münasibətlərinizdə stabillik olmayacaq. Yaxınlarınızın bəzi sözləri xətrinizə dəyə bilər. Sevdiyiniz insanla münasibətlərdə diqqətli olun.

Uzun müddətdən bəri axtardığınız əşyanı qəflətən tapa bilərsiniz.

Tərəzi – yaradıcı enerjiniz az olmayacaq. Çətin intellektual problemlərin öhdəsindən gəlməyə çalışın. Emosiyalarınıza hakim olun, daxili qorxularınıza və təşvişlərə yenilməyin. Addımlarınızla qərarlarınızın soyuqqanlı, məntiqli olmasına can atın.

Günün ikinci yarısında yalan danışmayın, saxtakarlıq etməyin.

Yaşam arealınızı təkmilləşdirmək, rekonstrukiya işləri aparmaq üçün pis gün deyil. Şəxsi ehtiyaclarınızla bağlı həllini gözləyən məsələləri çözün. Dəyər verdiyiniz insanlarla münasibətlərdə eqoist olmayın.

Axşam saatlarında normal istirahət edin.

Əqrəb – gedişatına şübhə etdiyiniz işlərə başlamağa tələsməyin. Problemlərin həllində hiyləgər və fəndgir addımlar atmayın. Yalnız öz maraqlarınızı güdməyin, mənafelərinizi təmin etmək üçün yaxın ətrafınızdakı insanları incitməyin. Heç gözləmədiyiniz mənbədən yardım, dəstək, kömək ala bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda ifrata varmayın. Elə məqamlar var ki, onları müzakirə etməyə dəyməz. Daxili gərginlik əhvalınızı korlaya bilər. Yuxusuzluq istisna deyil.

Oxatan – maliyyə problemlərini günün ilk yarısından etibarən həll etməyə başlayın. Əlavə gəlir mənbəyinin aşkarlanması və ya kreditin alınması istisna deyil. İnvestisiyalar yaxın gələcəkdə gəlir gətirəcək. Problemlərin həllində yaradıcı yanaşma göstərin.

Günün ikinci yarısında ailə büdcəsinə bir daha nəzər salın. Qənaət rejimini seçin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Özünüzə qapanmayın. Yüz fikir bir borcu ödəməz.

Oğlaq – gərəkli insanlarla tanışlıqdan bəhrələnməyə çalışın. Problemləri həll etmək istəyirsinizsə, bilikli, təcrübəli insanlardan məsləhət alın. Texnika və ya avtomobil təmiri üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında yaxınlarınızın iradlarını və tələblərini anlayışla qarşılayın. Dəyər verdiyiniz insanlarla təmaslarda kobudluq etməyin.

Çoxdan bəri başlamaq istədiyiniz iş istiqamətində ilk addımlar atmaq olar.

Axşam saatlarında gəzintiyə çıxın.

Dolça – səhvlərinizdən nəticə çıxarın, başqalarının təcrübəsindən yararlanmağa çalışın. Əsas məsələ çalşıdığınız sahədə orientirləri dəqiq müəyyənləşdirməkdir. Belədə istənilən problemin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında fəaliyyət müstəvisində çətinliklər istisna deyil. İlkin hisslərə əsaslanaraq mövqeyini dəyişməyin. Çox işləməyiniz yaxınlarınızı narazı sala bilər. Onlar sizdən diqqət və qayğı gözləyirlər.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Balıqlar – çətin, qarışıq, laübəli bir gündür. Xoşagəlməz müzakirələrin mərkəzində ola bilərsiniz. Haqqınızda dedi-qodu və şaiyələrin sayı artacaq. Fikrinizi cəmləşdirin, sərvaxt olun. Psixoloji sınaqlara sinə gərin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların sizə əziyyət vermək istədiklərini düşünməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Şəxsi həyatınızda situasiya ağır deyil.

Axşam saatları romantik anlar vəd edir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident fərman imzaladı
Next: Daşaltı əməliyyatından 32 il ötür

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-30 110846
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 102536
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 093530
  • Dünya

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 661)
  • Dünya (3. 429)
  • Gündəm (11. 912)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq Screenshot 2026-06-30 110846 1
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

30 İyun, 2026
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır Screenshot 2026-06-30 102536 2
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

30 İyun, 2026
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər Screenshot 2026-06-30 093530 3
  • Dünya

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

30 İyun, 2026
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb Screenshot 2026-06-30 090132 4
  • Dünya

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

30 İyun, 2026
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 5
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9661) Dünya (3429) Gündəm (11912) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.