Skip to content
23 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 488)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

İran Pakistana niyə hücum edib? – “Daxili təzyiqlər var”

İran və Pakistan arasında bu həftə baş verən toqquşma Yaxın Şərqdə yeni müharibənin başlayacağı ilə bağlı narahatlıqları artırıb.
Cavidan 19 Yanvar, 2024

İran və Pakistan arasında bu həftə baş verən toqquşma Yaxın Şərqdə yeni müharibənin başlayacağı ilə bağlı narahatlıqları artırıb.

Mediabiz.az-ın məlumatına görə, İran çərşənbə axşamı Pakistanın cənub-qərbində məskunlaşmış, əsasən sünni müsəlman silahlardan ibarət olan “Ceyş əl-Ədl” adlı qruplaşmaya zərbələr endirib.

Zərbələr nəticəsində 2 azyaşlı həlak olub, yaralılar var. İran qruplaşmanın İŞİD terror təşkilatı ilə əlaqəli olduğunu iddia edir. Qərb mətbuatı yazır ki, təşkilatın üzvlərinin bir çoxu əvvəllər İŞİD-ə beyət etmiş “Cundallah” kimi tanınan, lakin artıq fəaliyyətini dayandıran silahlı qruplaşmanın üzvləri olub. Qeyd edək ki, bir müddət əvvəl İranda 100-ə yaxın şəxsin ölümünə səbəb olan partlayışlara görə məsuliyyət İŞİD öz üzərinə götürüb.

Pakistan İranın qanunsuz hücumuna cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Bu, 1980-88-ci illərda baş verən İran-İraq müharibəsindən sonra İran ərazisinə ilk hava hücumu olub. Zərbələr nəticəsində 9 nəfər ölüb.

İran Pakistandan əvvəl İraq və Suriyada da hücumlar həyata keçirib. Tehran iddia edir ki, hücum etdikləri mövqelər İsrail kəşfiyyatı ilə əlaqəli olub

Bəziləri iki ölkə arasında toqquşmanı Yaxın Şərqdə yeni müharibə kimi qiymətləndirir. Lakin toqquşma İsrail və HƏMAS arasında gedən müharibə zonasından çox uzaqda, separatçı qrupların tez-tez hücumlar həyata keçirdiyi ucqar sərhəd bölgələrində baş verib. Pakistan və İran rəsmiləri bir-birlərini hücumlarda iştirakda ittiham edirlər.

Ekspertlər deyir ki, İranın Suriya, İraq və Pakistana hücumu daha çox daxili sabitliyi təmin etmək üçündür. İranda 100-ə yaxın şəxsin ölümünə səbəb olan partlayışdan sonra ölkə daxilində silahlı qrupların aktivləşəcəyi barədə narahatlıqlar artıb. Tehran sözügedən narahatlıqları aradan qaldırmaq üçün xarici hücumlar həyata keçirib.

Rejim daxilində həm Yaxın Şərqdəki İran tərəfindən dəstəklənən qruplaşmalara zərbələr, həm də ölkə daxilindəki partlayışlara cavab verməyi tələb edən şəxslərin olduğu bildirilir. “İran hakimiyyəti daxili təzyiqlərə cavab vermək məqsədilə xarici ölkələrə zərbələr endirib”, – amerikalı ekspertlərdən biri belə deyir.

Pakistan hücuma etiraz olaraq öz səfirini İrandan geri çağırıb. Tehran Pakistanın zərbələrini kəskin şəkildə pisləyib, mülki əhalinin həlak olduğunu bildirib və izahat vermək üçün Pakistanın İrandakı ən yüksək vəzifəli diplomatını çağırıb.

Lakin tərəflərin heç biri öz bəyanatlarında hadisələri Qəzza müharibəsi və ya Yaxın Şərqdəki gərginliklə əlaqələndirməyib.

Qərb mətbuatına danışan İranın hakim din xadimlərinə yaxın mənbələr Kirman şəhərində baş verən partlayışı “rəhbərlik üçün biabırçılıq” kimi qiymətləndirib. Hadisə İranın təhlükəsizlik siyasətində boşluqların olduğunu göstərib.

Continue Reading

Previous: TƏBİB-ə yeni səlahiyyət verildi
Next: Bakıda qanunsuz tikililər söküldü – Video

Bölmənin digər xəbərləri

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
  • Gündəm

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
  • Gündəm

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

22 May, 2026
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • Cəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026

Top 7 Xəbər

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 1

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 2

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 3

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 4

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 5

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

22 May, 2026
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb 6

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

22 May, 2026
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir 7

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 488)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9488) Dünya (3377) Gündəm (11792) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 23 May, 2026
  • Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 22 May, 2026
  • Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 22 May, 2026
  • Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 22 May, 2026
  • “Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.