Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 460)
  • Dünya (3. 045)
  • Gündəm (10. 583)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Həbsdə vəfat edən MƏMURLAR

Son illər vəzifə səlahiyyətlərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalıb. Onlardan cinayət işi üzrə məhkəmə prosesi
Cavidan 30 Noyabr, 2021

Son illər vəzifə səlahiyyətlərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalıb. Onlardan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, hökm oxunanlarla yanaşı hazırda məhkəməsi davam edənlər də var. Tutulan məmurlardan bir neçəsi isə həbsdə dünyasını dəyişib.

“Unikal” həbsdə ölən məmurları təqdim edir:

Bu ilin sentyabr ayında Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan vəfat edib. N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunmuşdu. N.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılmışdı. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sentyabr ayında həbsdə olan sabiq deputat Rafael Cəbrayılov Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib. Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Cari ilin noyabr ayında “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib. Ölümündən bir həftə əvvəl V.Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş və o, azadlığa buraxılmışdı.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Ötən gün yerli KİV-də yer alan məlumata görə, Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri general-leytenant Vəli Ələsgərov da həbsdə dünyasını dəyişib. Sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. V.Ələsgərov vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Continue Reading

Previous: Rusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi – VİDEO
Next: Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Bölmənin digər xəbərləri

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib
  • Cəmiyyət

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
  • Cəmiyyət

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib
  • Cəmiyyət

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025

Top 7 Xəbər

İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA 1

İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA

10 Dekabr, 2025
UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək 2

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək

10 Dekabr, 2025
Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 3

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 4

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 5

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 6

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 7

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 460)
  • Dünya (3. 045)
  • Gündəm (10. 583)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8460) Dünya (3045) Gündəm (10583) Kateqoriyasızlar (436) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA 10 Dekabr, 2025
  • UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək 10 Dekabr, 2025
  • Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 9 Dekabr, 2025
  • Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 9 Dekabr, 2025
  • İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.