Skip to content
25 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • Alıcılar razı, satıcılar narazıdır: “Trendyol” yerli bazarı “öldürür”?
  • Cəmiyyət
  • Gündəm
  • İqtisadiyyat

Alıcılar razı, satıcılar narazıdır: “Trendyol” yerli bazarı “öldürür”?

Azərbaycanda fəaliyyət göstərən kiçik sahibkarlar “Trendyol”la bağlı narazılıqlarını dilə gətirirlər. Kiçik bizneslə məşğul olanlar, bəzi xırda sahibkarlar “Trendyol”un
Cavidan 17 Yanvar, 2024

Azərbaycanda fəaliyyət göstərən kiçik sahibkarlar “Trendyol”la bağlı narazılıqlarını dilə gətirirlər. Kiçik bizneslə məşğul olanlar, bəzi xırda sahibkarlar “Trendyol”un yerli bazarı “öldürürdüyünü” söyləyir.

Həqiqətən son dövrlərdə Azərbaycanda xaricdən geyim və digər məhsullar sifariş vermək olduqca populyarlaşıb. Məsələn, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan “Trendyol”dan və digər platformalardan istifadə halları artıb. Artıq insanlar arzuladıqları brend əşya və geyimləri bu platformalar vasitəsi ilə həm ucuz qiymətə, həm daha keyfiyyətli olanını təmin edə bilir.  Ötən ilin mayın 3-dən etibarən “Trendyol”dan Azərbaycana birbaşa göndərişlər başlayıb. Azərbaycan vətəndaşları sayta daxil olarkən, onlara yeni seçim imkanı təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçərək asan şəkildə sifariş verə, sifarişlərini ev adreslərinə və ya yaxınlarındakı məntəqələrdən götürə bilərlər. 

Bu platformanın Azərbaycan bazarına daxil olması istehlakçıların xoşuna gəlsə də, satıcıları narahat edir. Kiçik sahibkarlar “Trendyol” kimi platformaların haqsız rəqabətə səbəb olduğunu və yerli bazarı məhv etdiyini deyirlər. İstehlakçılar isə yerli bazarda satılan geyim və digər məhsulların baha olmasından və keyfiyyətsizliyindən şikayətçidir. Onlar Azərbaycan bazarlarında alış-veriş etməkdənsə, bu ticarət platformalarından istifadəni daha üstün tutur.

Qısaca, “Trendyol” Azərbaycanda alıcıları sevindirsə də, satıcıların etirazına səbəb olub. Belə olan halda çıxış yolu nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Trendyol” kimi onlayn ticarət platformalarının vətəndaşlara rahatlıq yaratdığını bildirib:

“Demokratik ölkədə yaşayırıq. Bazar iqtisadiyyatı yolu ilə gedirik. Bütün ölkələrdə “Trendyol” və buna bənzər onlarla alış-veriş saytları var. Təbii ki, müəyyən məhdudiyyətlər xaricdə də, bizdə də mövcuddur. Bunlar olmalıdır. Adam var ki özünə kitab, ətir, ayaqqabı və başqa məhsulları sifariş etdirib alır. Biz insanların dərmanları da xarici ölkələrdən bu yolla almasının tərəfdarıyıq. Lakin təbii olaraq, qiymət və həcm kimi məsələlərdə müəyyən məhdudiyyətlər olmalıdır.

İndi necə edək? Biz deyirik ki, bazar iqtisadiyyatını inkişaf etdirək. İnsanlar üçün rahatlıq yaratmaq istəyirik. Digər yandan “Trendyol”, “Ali express” və digərlərini bağlatdırmaq istəyirik. Axı burada böyük ziddiyət var.Elələri var ki, il ərzində 3-4 dəfə onlayn sifariş verir və daha ucuz, eləcə də keyfiyyətli məhsul alır. Bu, onun üçün rahatdır”.

R.Quliyev “Trendyol”un  yerli sahibkarlar üçün hansısa təhlükə yaratmadığını düşünür:

“Mənə elə gəlir ki, sözügedən onlayn ticarət şirkəti “Trendyol” yerli istehsalçı sahibkarlara heç bir problem yaratmır. Mənim “CBC” televiziyasında həftədə bir dəfə yayımlanan verilişim var. Bura yerli istehsalçı sahibkarlar qatılırlar.  Onlardan bəziləri  3-5, bəziləri isə 20 nəfər işçi çalışdırır, məhsul istehsal edib, xidmət göstərir. Onlara “Trendyol” və bunun kimi vasitəçilər heç bir mane törətmir. Bu məsələyə toxunmaq lazım deyil. Proses normal şəkildə işləməlidir”.

İqtisadçı ekspert Eldəniz Əmirov elektron ticarətin qarşısıalınmaz proses olduğunu vurğulayıb:

“Ümumiyyətlə elektron ticarət qarşısıalınmaz və müsbət bir prosesdir. Gəlin prosesə nəzər yetirək. Birinci halda  Azərbaycanda fəaliyyət göstərən mağazalardan biri Türkiyədə istehsal olunan məhsulu alır və onu 100 manata satır. Digər variantda isə 100 manat ödəyən vətəndaş onlayn ticarət üzərindən həmin məhsulu 60-70 manata əldə edir.  Belə olan halda biz dükan sahibi pul qazansın deyə vətəndaşın pul itirməsini qəbul etməliyikmi? Aydın görünür ki, ikinci hal daha uğurludur. Bir daha deyirəm ki, bu elektron ticarətdir və onun qarşısını almaq mümkün deyil. Onun qarşısını almağa cəhd olduqca böyük səhvdir. Çoxluğun mənafeyi deyə bir anlayış var. Çoxluq hazırda elektron ticarətin tərəfdarıdır. Mən sahibkarlarımızı bütün istiqamətlərdə dəstəkləyən adamam. Amma söhbət 10 milyon Azərbaycan vətəndaşından gedir. Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstündür”.

E.Əmirov vəziyyətdən çıxış yolu ilə bağlı da danışıb:

“Çıxış yolu kimi, hazırda yaranmış reallıq qəbul olunmalıdır. Mağaza sahibləri alternativ yollar axtarmalıdır. Nə qədər bir məhsulu satmaq olar? Məhsulu istehsal etmək, yaxud məhsulların xaricdən gəlməsi üçün digər  xidmətləri təklif etmək olar. Azərbaycan sahibkarı da “Trendyol” kimi brend yaratsın. Azərbaycan vətəndaşının pulu niyə “Trendyola” getməlidir? Təsəvvür edin ki, məhsulu istehsal edən də, onu çatdıran da türk şirkətidir. Məhsuliu istehsal edə bilmiriksə, heç olmasa belə bir şirkətin yaradılmasına cəhd etmək lazımdır. Nə vaxta qədər kiminsə istehsal etdiyi məhsul alınıb satılacaq. İstəsək də, istəməsək də  proses belədir. Elektron dünyaya doğru gedirik. Bundan qaçmaq olmayacaq. Reallığı qəbul etmək lazımdır”.

Continue Reading

Previous: Qırğızıstanda helikopter QƏZASI
Next: Almaniya Ukraynaya 7 milyard avro ayıracaq

Bölmənin digər xəbərləri

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB
  • Dünya

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.