Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq
  • Cəmiyyət
  • Gündəm

Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil
Cavidan 15 Yanvar, 2024
f38e1ecb-35a9-307b-ae1c-12c4c7438692_850

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq. Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur. Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: YAP İlham Əliyevin təşviqatına start verdi
Next: Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında – Fotolar

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.